Bakıda kriminal avtoritet “Dəli Səfər” saxlanıldı » AzNews.info -Xəbər portalı

Bölmə: Kriminal, Avto

Bakıda kriminal avtoritet “Dəli Səfər” saxlanıldı

Bakıda kriminal avtoritet “Dəli Səfər” saxlanıldı


Bakıda avtomobilləri yandıran şəxs tutulub.

AzNews.info APA-ya istinadən xəbər verir ki, Suraxanı rayon Polis İdarəsinin 32-ci Polis Bölməsi əməkdaşlarının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Qaraçuxurda 20-yə yaxın avtomobili yandırmaqda şübhəli bilinən, 1979-cu il təvəllüdlü Səfər Zöhrab oğlu Mahmudov saxlanılıb.

Məlumata görə, S.Mahmudovun kriminal aləmlə yaxın əlaqələri var.

O, bu aləmdə “Dəli Səfər” ləqəbi ilə tanınır.

Qeyd edək ki, son vaxtlar Suraxanıda vətəndaşlara məxsus nəqliyyat vasitələrinin qəsdən yandırılması barədə mətbuatda məlumatlar yayılıb. Rayonun Qaraçuxur qəsəbəsində bir gecədə 10-dan çox avtomobil yandırılıb. Avtomobili yandırılanlar arasında kriminal aləmdə “Seyid” ləqəbi ilə tanınan avtoritet də var.

Mənbə: APA
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *