Moskvada azərbaycanlı taksi sürücüsü sərnişini zəhərlədi
Moskvada 24 yaşlı kişi onu psixotrop preparatla zəhərləyərək talayan taksi sürücüsünün qurbanı olub.
Oxu.Az REN TV-yə istinadla xəbər verir ki, gənc iyunun 6-da günorta xəstəxanada özünə gəlib. O yadına salıb ki, gecə evə qayıdarkən “Planernaya” metrosu yaxınlığında taksi saxlayıb və taksi ilə evinə yollanıb.
“Yolda sürücü ona pivə içməyi təklif edib. Alkoqoldan sərnişin huşunu itirib”, - Moskva polisinin mətbuat xidmətindən bildirilib.
Taksi sürücüsü 24 yaşlı barnaulludan skripka, planşet və 10 min rublun olduğu pul kisəsini götürüb, daha sonra onu maşından çıxararaq yerə atıb.
Polislər zərəçəkənin müraciətindən üç saat sonra cinayətkarı tapa bilib. O, 40 yaşlı azərbaycanlı olub. Taksi sürücüsü hər şeyi etiraf edib.
O deyib ki, guya nəvəsinin doğulduğunu əsas gətirərək sərnişinə pivə içməyi təklif edib. İçkiyə güclü təsir edən “azaleptin” preparatı əlavə olunmuşdu. Bu preparatı alkoqollu içkiyə qatanda huşun itirilməsinə, bəzən isə ölümə səbəb olur.
Mənbə:> Oxu.Az