3 uşaq atasından dəhşətli əməl
Ötən gün axşam saatlarında İsmayıllı rayonunda asılmış kişi meyiti tapılıb.
Rayon polis şöbəsindən ANS PRESS-ə verilən məlumata görə, bu barədə məlumat verilən kimi hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları göndərilib. Araşdırmalar zamanı ölən şəxsin 1965-ci il təvəllüdlü Telman Rəşid oğlu Mirzəliyev olduğu məlum olub.
Meyit müayinə olunan zaman onun intihar etdiyi müəyyənləşib.
Qeyd edək ki, Telman Mirzəyev fəhlə olub. Ailəli kişinin 3 övladı var.
Onun nə səbəbdən intihar etdiyi məlum deyil.
Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.
Mənbə:> ANSPRESS