Eyfelin cibgirləri yaxalandı
Fransanın paytaxtı Parisin rəmzi hesab olunan Eyfel qülləsində turistlərin gününü qara edən mütəşəkkil cinayətkar dəstə yaxalanıb.
ANS PRESS-in məlumatına görə, bu istiqamətdə aparılan əməliyyat nəticəsində 7 nəfər saxlanılıb, ilkin ifadədən sonra onlardan 3 nəfəri azadlığa buraxılıb.
Dəstə üzvlərinin diqqəti cəlb etməmək üçün fotoaparat, kamera, çanta və s. əşyalarla özlərini turist kimi göstərdikləri, cibində və çantasında pul müəyyən etdikləri turisti qarət etdikləri qeyd olunub.
Rumıniya əslli cinayətkar dəstənin əsas hədəfi Asiya ölkələrindən gələn turistlər olub.
Təhlükəsizlik kamerası tərəfindən müəyyən olunaraq saxlanılan dəstə üzvləri turist mövsümündə bəzən gün ərzində 4 min avroya qədər gəlir əldə etdiklərini etiraf ediblər.
Xatırladaq ki, ötən həftə Eyfel qülləsinin əməkdaşları cinayətkar dəstənin aşkarlanaraq zərərsizləşdirilməsi tələbi ilə tətil etmişdilər.
Mənbə:> ANSPRESS