“Sizə tapşırılıb mənə iş verəsiz?.. Tapşıracaqlar!” » AzNews.info -Xəbər portalı

Bölmə: Kriminal

“Sizə tapşırılıb mənə iş verəsiz?.. Tapşıracaqlar!”

“Sizə tapşırılıb mənə iş verəsiz?.. Tapşıracaqlar!”


Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əfqan Hacıyevin sədrliyi ilə AMAY Ticarət Mərkəzinin rəhbəri, iş adamı Abdulla Abdullayev və digərlərinin cinayət işi üzrə məhkəmə prosesi keçirilib. Bizimyol.info xəbər verir ki, prosesdə bir neçə şahid dindirilib.

Prosesdə “Texnikabank” və “Birlikbank”dan götürülən kreditlərlə bağlı epizod üzrə şahidlər dindirildi.
İlk ifadə verən şahid Şücaət Məmmədov adına “Köhnə Qala” firmasının təsis olunduğunu, təqsirləndirilən Elşən Novruzovun təklifi ilə “Texnikabank”dan kredit götürülərək, AMAY-ın tikintisinə sərf olunduğunu bildirib.
“Birlikbank”ın kredit şöbəsinin mütəxəssisi Dilarə Hüseynova təqsirləndirilən şəxsləri tanımadığını, onların adlarını eşitdiyini, bankda üç ay işlədiyini, verilmiş kreditlərlə bağlı məlumatı olmadığını dedi.
“AMAY” şirkətində mühafizəçi işləyən Cəfər Məhərrəmov təqsirləndrilən Mehman Məmmədxanlının təklifi ilə bankdan 1 milyon məbləğində pul götürdüyünü, həmin pulların “AMAY”-ın tikintisinə sərf olunduğunu bildirdi. Dövlət ittihamçısını sullarını cavablandıram şahid pulu Mehman Məmmədxanlıya verdiyini açıqladı.
“Sizə tapşırılıb mənə iş verəsiz?.. Tapşıracaqlar!”

A.Abdullayev şahidin dediklərinə bu cür reaksiya verdi:“De ki, biz aşağı rəqəmlərlə işləmirik, de ki, pulu bağlamışıq, nə istəyirsiz?”

“Birlikbank”ın kredit şöbəsinin müdiri İlqar Muradov istintaqa veridiyi ifadəsini təsdiq etdiyini bildirdi: “Müştəriyə 10 min manatdan artıq kredit vermirdik. Ondan yuxarı məbləği konkret tapşırıq əsasında verirdik”.
Dövlət ittihamçısı Fərid Nağıyev şahiddən kimin tapşırığı əsasında verdiklərini soruşdu.
A.Abdullayev yerindən replika verdi:

-Sizə tapşırıblar məni həbs edin, etmişiniz, eləcə də tapşırıblar kredit verin, veriblər. Sizə tapşırılıb mənə iş verəsiz?

Hakim:

-Xeyr.

A.Abdullayev:

-Tapşıracaqlar...

Şahid İ.Muradovun ibtidai istintaqa verdiyi ifadəsi elan olundu. Şahid ifadəsində göstərib ki, “Birlikbank”ın müdiri Səriyyə Səmədovanın göstərişi ilə sənədlərə imza atıb, onun tapşırığını icra edib. (Qeyd edək ki, İlqar Muradov və Elşən Novruzov 2011-ci ildə həbs olunublar. Bakı Apelyasiya Məhkəməsinin qərarı ilə barələrində Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilməklə şərti cəza alıblar)

“Günah məndədir ki, bu işi Avropa Məhkəməsinə vermədim, indi təzminat almışdım”

A.Abdullayev qısa çıxış etdi: “Burda yalan danışan yoxdur. Bu işə görə günahsız bir insanalara iş vermisiz. Günah məndədir ki, bu işi Avropa Məhkəməsinə vermədim, indi təzminat almışdım”.

Şahid qismində məhkəmədə dindirilən Xanbaba Qayıtmazov və Zahid Kərimov “Birlikbank”ın Qusar şöbəsindən kredit götürdüklərini və krediti qaytardıqlarını bildirdilər.

“Birlikbank”dan kredit götürülən şəxslərin məhkəməyə çağırılıb şahid qismində dindirilməsi A.Abdullayevin vəkillərinin etirazına səbəb oldu. Vəkil O.Kazımov: “Bu şahidlərin “AMAY”-ın işinə nə aidiyyatı var axı? Bunların dindirilməsinə nə ehtiyac var?”

“Birlikbank”ın ləğvetmə komissiyasının üzvü olmuş Abbasəli Qurbanov və Beynəlxalq Bankın işçisi Həbib Qafarov şahid qismində ifadə verərək, kredit götürən şəxslər pulların qaytarılmasında gecikmələr olduğu üçün cərimə edildiklərini dedilər. Bu məsələyə aydınlıq gətirən A.Abdullayev bankın 2011-ci ildə lisenziyası ləğv edilənə qədər frrmerlərin cərimə olunmalarına imkan vermədiyini, ödəmə müddətinin uzadıldığını bildirdi. Onun sözlərinə görə, cərimələr və fermerlərin borclarının əmlaka yönləndirilməsi bankın lisenziyası ləğv edildikdən, Mərkəzi Bank “Bilrikbank”a inzibatçı təyin etdikdən sonra baş verib. A.Abdullayev bunu da qeyd edib ki, “Birlikbank” fəaliyyət göstərdiyi dövrdə Fonda ödəmə kredtilərin vaxtı çatmadığı üçün cərimələrə imkan verməyib.

“Sizi maraqlandıran məni tutmaqdı. Məni də maraqlandıran maliyyə maraqlarıdır...”

A.Abdullayev Banklarla bağlı qanuna isnad edərək bankların gəlirilərinin öncə bankdaxili xərclərə, daha sonra dövlət öhədliklərini yerinə yetirməyə, bundan sonra təminatlı kreditlərin ödənişinə yönəldilməli olduğunu dedi:”Qanunda deyilir ki, verilən kreditlərin geri qayıtması öncə bankdaxili xərclər və dövlət qarşısındakı öhdəliklər dayanır. 2011-ci ildə lisenziya alınıb. Sahibkarlığa Milli Kömək Fondu ilə “Birlikbank” arasındakı kreditlərin vaxtı bitməmişdi. Fond müştəridən tələb etmir, bankdan tələb edir. Mənə bank tərəfindən verilən vəsait dörd faiz idi. Vəsaitini vaxtı bitməyibsə niyə dörd faizi qaytarmalıydım? Sizi maraqlandıran məni tutmaqdı. Məni də maraqlandıran maliyyə maraqlarıdır...”

Hakim isə bildirdi ki, dövlət ittihamçısının marağı ittihamı müdafiə etməkdən ibarətdir.

“Bizi məcbur edirsiniz Avropa Məhkəməsinə yazaq...”

Beynəlxalq Bankın işçisi H.Qafarov ifadəsində Beynəlxalq Bankdan “AMAY”-a 57 milyon 358 min manat kredit verildiyini açıqladı. Dövlət ittihamçısı şahiddən kreditləri Əsgər Budaqov, Əmirağa Əliyev və Rəşad Süleymanova verilib-verilmədiyini soruşdu. Şahid şəxsiyyət vəsiqəsi olmadan heç kimi qəbul etmədiklərini bildirdi.

Dövlət ittihamçısı zalda əyləşən Əsgər Budaqova müraciət etdi:

-Siz 9 milyon manat məbləği kassadan götürmüsünüzmü?

Ə.Budaqov:

-İmza atmışam, amma pul götürməmişəm.

Dövlət ittihamçısı eyni sualı zalda əyləşən Əmirağa Əliyevə və Rəşad Süleymanova da ünvanladı. Hər iki şəxs sənədlərə imza atsalar da, bankdan pul götürmədiklərini dedilər. Ə.Budaqov isə bu iş üzrə zərərçəkmiş olduğunu bildirdi: “Texnikabank” və Beynəlxalq Bank həm əmlakımızı, həm də dövlətin pulunu mənimsəyiblər, mən zərərçəkmişəm”.

A.Abdullayev qısa çıxış etdi: “Həmin pulları götürüb aparmaq belə mümkün deyil. “Texnikabank”dan azad olunan girovlar Beynəlxalq Banka keçib”.

Bundan sonra vəkil Osman Kazımov A.Abdullayevin barəsindəki cinayət işinin icraatına xitam verilməsi ilə bağlı vəsatət qaldırdı: “A.Abdullayevin həbsdə saxlanılması qanunsuzdur. Mən həqiqəti deyirəm. Bu iş Avropa Məhkəməsinə gedəcək. Buna bizi məcbur edirsiniz” – deyə vəkil bildirdi.
Hakim vəsatətin sabah müzakirə olunacağını məhkəmə iştirakçılarının nəzərinə çatdırdı.
Məhkəmə prosesi mayın 26-da davam edəcək.

A.Abdullayev ötən il aprelin 4-də həbs olunub. Onunla bağlı İqtisadiyyat və Sənaye Nazirliyi yanında Sahibkarlığa Kömək Milli Fondundan daxil olmuş material Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində araşdırılaraq, Cinayət Məcəlləsinin 179.3.2 (mənimsəmə və ya israf etmə) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə cinayət işi başlanıb.

Abdulla Abdullayev, Novruzov Elşən Firudin oğlu, Rzayev Heydər Nizami oğlu, Məmmədxanlı Mehman Əbülfəz oğlu, Qurbanov Vidadi Qəmbər oğlu və İlyasova Nadejda İvanovna təqsirləndirilən şəxs qismində cəlb edilib.

Abdulla Abdullayev Cinayət Məcəlləsinin dələduzluq, mənimsəmə və ya israf etmə, Yalançı sahibkarlıq və vəzifə səlahiyyətlərindən sui-istifadə əməlləri ilə təqsirləndirilir. Digər təqsirləndirilənlər isə dələduzluq, mənimsəmə və ya israf etmədə təqsirləndirilir.

Təqsirləndirilən şəxslərdən yalnız A. Abdullayev barəsində həbs qətimkan tədbiri seçilib, digər şəxslər isə zamindədirlər.

Mənbə: Bizimyol.info
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *