ABŞ-ı qarışdıran polislər ittiham olundu » AzNews.info -Xəbər portalı

Bölmə: Kriminal, Video

ABŞ-ı qarışdıran polislər ittiham olundu – VİDEO

ABŞ-ı qarışdıran polislər ittiham olundu


ABŞ-ın Baltimor şəhərinin baş prokuroru bəyan edib ki, Freddi Qreyin həbsində iştirak edən 6 polis zabitinə qarşı cinayət ittihamları irəli sürülüb.

ANS PRESS-in məlumatına görə, Merilin Mosbin bildirib ki, tibbi ekspertiza onun polis tərəfindən təcridxanasında qətlə yetirildiyini müəyyən edib.

O əlavə edib ki, aprelin 12-də hospitala aparılan zaman Qreyin kəskin boyun ağrıları olub. O deyib ki, onun təhlükəsizlik kəməri bağlanmayıb və hətta tibbi yardıma ehtiyacı olduğunu söyləməsinə baxmayaraq zabitlər onu heç bir kömək etməyib. Bundan əlavə xanım Mosbi deyib ki, 25 yaşlı Qreyin üzərindən tapılan bıçaq açılıb-bağlanan cib bıçağı olub və onun bu bıçağı üzərində daşıması qanunidir.

"Freddi Qreyin başına gələnlərlə bağlı həqiqətin üzə çıxması çox mühümdür" - deyə ABŞ prezidenti Barak Obama ittihamların açıqlanandan sonra bildirib.

Polis zabitlərinə qarşı ittihamlara qeyri-iradi adam öldürmə, ikinci dərəcəli hücum, idarədə kobud rəftar və yanlış həbsetmə daxildir.

Baltimor meri Stefani Roulinqs-Bleyk deyib ki, ittiham ona çox pis təsir edib və o, ittiham olunan bütün zabitlər azad olunması göstərişi verib.








Mənbə: ANSPRESS
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *