Aydın Əliyevin baldızına qarşı dələduzluq edən bəstəkar hakim qarşısında » AzNews.info -Xəbər portalı

Bölmə: Kriminal

Aydın Əliyevin baldızına qarşı dələduzluq edən bəstəkar hakim qarşısında

Aydın Əliyevin baldızına qarşı dələduzluq edən bəstəkar hakim qarşısında


Bakı Ağır Cinayətlər Məhkəməsində gömrük polkovniki Şadiyə Salehliyə qarşı 400 min dollardan çox dələduzluq etməkdə təqsirləndirilən bəstəkar Tural Bayraməliyevin cinayət işi üzrə məhkəmə iclası başlayıb.

Oxu.Az xəbər verir ki, hakim Ramella Allahverdiyevanın sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmənin baxış iclası oktyabrın 16-na təyin edilib.

Qeyd edək ki, Dövlət Baş Gömrük İdarəsinin əməkdaşı polkovnik Ş.Salehli hüquq-mühafizə orqanlarına şikayət edərək T.Bayraməliyev onu şərikli biznes qurmaq adı ilə aldadıb və 405 min ABŞ dollar məbləğində pulunu alıb.

Şikayət əsasında T.Bayraməliyev saxlanılıb və barəsində Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda dələduzluq) maddəsi ilə cinayət işi başlanılıb.

Onu da qeyd edək ki, T.Bayraməliyev hazırda həbsdə olan keçmiş deputat Hüseyn Abdullayevin dayısı oğlu, Bakı Gömrük Komitəsinin sabiq sədri Vüsal Novruzovun qohumdur.

İş üzrə zərərçəkən Ş.Salehli isə sabiq DGK sədri Aydın Əliyevin baldızıdır.

Mənbə: Oxu.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *