Bakıda on bir yaşlı qız yanaraq öldü
Bakı şəhərinin Binəqədi rayonunda yanğın olub.
Fövqəladə Hallar Nazirliyinin verdiyi məlumata görə, ümumi sahəsi 30 kvadratmetr olan birmərtəbəli birotaqlı evin yanar konstruksiyaları yanıb.
Yanğınsöndürənlər 2008-ci il təvəllüdlü Ələkbərova Firuzə Qabil qızının yanmış meyitini aşkarlayıblar.
Yaxınlıqdakı tikililər mühafizə olunub.
Yanğın söndürülüb.
Mənbə:> Oxu.Az