Bacısının “WhatsApp”ına “salam” yazdığı üçün tanışını bıçaqladı » AzNews.info -Xəbər portalı

Bölmə: Kriminal

Bacısının “WhatsApp”ına “salam” yazdığı üçün tanışını bıçaqladı

Bacısının “WhatsApp”ına “salam” yazdığı üçün tanışını bıçaqladı


Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən adam öldürməyə cəhddə təqsirləndirilən Ataş Rəşidovun cinayət işi üzrə məhkəmə istintaqı başlayıb.

Oxu.Az-ın xəbərinə görə, hakim Rasim Sadıxovun sədrliyi ilə keçirilən prosesdə prokuror ittiham aktını elan edib.

İttihama görə, hadisə ötən il avqustun 29-da Sumqayıt şəhəri, 12-ci mikrorayon ərazisində baş verib. A.Rəşidov münaqişə zəminində həmyerlisi Bəxtiyar Allahverdiyevə bıçaqla xəsarət yetirib, hadisə yerini tərk edib. Xəstəxanaya çatdırılan yaralının həyatını xilas etmək mümkün olub.

Məhkəmədə elan olunmuş ittiham üzrə A.Rəşidov özünü qismən təqsirli bildiyini deyib.

A.Rəşidov qeyd edib ki, Bəxtiyar bacısının “WhatsApp”ına yazıb:

“Bunu mənə bacım göstərdi. “Salam” yazan şəxsin Bəxtiyar olduğunu bildim. Bəxtiyarı “WhatsApp”da təhqir edib, onların evlərinə getdim. Onu çölə çağıranda qapının qarşısında məni yumruqla vurdu. Bu zaman özümü müdafiə etmək üçün Bəxtiyara bıçaqla iki zərbə endirdim”.

Sonra zərərçəkmiş B.Allahverdiyev dindirilib. O, “WhatsApp”da tanımadığı nömrəyə yazdığını etiraf edib:

“Bilmirdim ki, həmin şəxs Ataşın bacısıdır. Sonra Ataş məni təhqir edib, bizə gəldi. Qapını bacım açıb, məni çağırdı. Ataş mənimlə salamlaşan zaman digər əlində olan bıçaqla məni vurdu. Mən yerə yıxılıb, evə girdim. O da evə girməyə cəhd etdi, qapını bağladım. Bir qədər keçəndən sonra baxdım ki, üstüm qandır, anam da həkimə zəng elədi”.

Məhkəmə prosesi aprelin 19-da davam etdiriləcək.

Mənbə: Oxu.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *