Kosmodrom rəhbəri tutuldu
Rusiyada kosmodrom rəhbəri həbs edilib.
ANS PRESS-in məlumatına görə, Rusiyanın Amur vilayətindəki kosmodromda tikintisi aparan “Vostoçnı” bazasının direktoru həbs edilib. Bu barədə Rusiya mətbuatı xəbər yayıb.
Xəbərlərdə bildirilir ki, həbs edilən şəxs "Stroyindustriya-S" MMC-nin baş direktoru Serqey Terentyevdir. Hansı ki, onun firması tikinti işlərində podratçı şirkətlərdən biri kimi fəaliyyət göstərir.
Terentyev iki ay müddətində işçilərinə maaş verməməsinə görə ittiham olunur. Maaşlarını ala bilməyən işçilər isə buna qarşılıq olaraq aclıq akisyası keçirməklə şikayətlərini yuxarı instansiyalara çatdırıblar.
Rusiya hökuməti bu kosmodromdan ilk raketi 2015-ci ilin dekabrında buraxmağı planlaşdırır.Bu kosmodromdan ilk kosmonavtlı start isə 2018-ci ildə verilməlidir.
Rusiya İstintaq Komitəsi Terentyevi maliyyə mənimsəmələrində şübhəli qismində saxlayıb. Hazırda komitə tərəfindən 282 milyon dolların hara yoxa çıxdığını araşdırılır.
Mənbə:> ANSPRESS