Azərbaycanda “yol kabusu”nun statistikası açıqlandı » AzNews.info -Xəbər portalı

Bölmə: Kriminal, Avto

Azərbaycanda “yol kabusu”nun statistikası açıqlandı

Azərbaycanda “yol kabusu”nun statistikası açıqlandı


2018-ci ildə ölkənin avtomobil yollarında 1817 və ya 2017-ci illə müqayisədə, 0,9 faiz az yol-nəqliyyat hadisəsi baş verib, bu hadisələr nəticəsində zərər çəkən şəxslərin sayı 1,5 faiz azalaraq, 2433 nəfər olub.

Oxu.Az xəbər verir ki, Dövlət Statistika Komitəsinin məlumatına görə, onlardan 722-si həyatını itirib, 1711-i isə yaralanıb.

Hadisələrin 40,9 faizi gündüz, 38,7 faizi gecə, 20,4 faizi isə toran vaxtı baş verib, 29,1 faizi həftənin şənbə və bazar günlərinə təsadüf edib.

Yol-nəqliyyat hadisələrinin 90 faizi yaşayış məntəqələrində olub və bu hadisələr nəticəsində ölənlərin sayı 2017-ci ilə nisbətən 7,3 faiz artaraq 556 nəfər, yaralananların sayı isə 0,9 faiz artaraq 1628 nəfər olub.

Bütün yol-nəqliyyat hadisələrinin 47,5 faizi (əvvəlki illə müqayisədə 8,0 faiz az) nəqliyyat vasitələrinin və piyadaların, 32,4 faizi (4,3 faiz çox) bir neçə nəqliyyat vasitəsinin, 20,1 faizi (10,6 faiz çox) bir nəqliyyat vasitəsinin iştirakı ilə baş verib.

Yol-nəqliyyat hadisələri nəticəsində ölənlərin 76,5 faizini, yaralananların isə 74,1 faizini kişilər təşkil edib.

Nəqliyyat vasitələrinin sərxoş vəziyyətdə idarə olunması səbəbindən ölümlə və ya bədən xəsarəti alınması ilə nəticələnən 49 hadisə baş verib, nəticədə, 27 nəfər ölüb, 36 nəfər yaralanıb. Belə hadisələrin 63,3 faizi avtomobillərin sürücüləri tərəfindən törədilib.

Mənbə: Oxu.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *