Azərbaycanda psixi xəstə pişiyi dörd yerə bölüb evdən asdı » AzNews.info -Xəbər portalı

Bölmə: Kriminal

Azərbaycanda psixi xəstə pişiyi dörd yerə bölüb evdən asdı – MƏHKƏMƏ

Azərbaycanda psixi xəstə pişiyi dörd yerə bölüb evdən asdı


Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə təqsirləndirilən Vitali Kolosovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Oxu.Az xəbər verir ki, hakim Ramella Allahverdiyevanın sədrliyi ilə keçirilən prosesdə zərərçəkmiş şəxs qismində təqsirləndirilən şəxsin bacısı Samirə Rzayeva ifadə verib.

S.Rzayeva bildirib ki, qardaşı iki dəfə dayısını yandırmaq istəyib:

“Bir dəfə tövlədə qapını bağlayıb yandırıb. Bir dəfə də yolda içkili olan zaman ayaqlarına benzin töküb və od verib. Evdə anamı, qardaşımı döyürdü. Mən Türkiyədə olanda anama zəng edib vəziyyəti soruşdum. Anam dedi ki, vəziyyət çox pisdir, uşağı döyür. Mən də vəziyyətin ciddi olduğunu bilib qayıtdım. O, evdə nə hərəkət edirdisə, polisə məlumat verdim. Polis gəlib dedi ki, bunu ancaq dəlixanaya aparmaq olar. Bir dəfə evdə olanda gördüm ki, anamın həyətdən xırıltılı səsi gəlir. Çıxdım ki, anamı boğur. Qışqırıb köməyə qaçdım. Sonra mənim arxamca düşdü”.

S.Rzayeva qeyd edib ki, qardaşını dəfələrlə dəlixanaya yerləşdirmək istəyiblər. Amma o, bunu qəbul etməyib:

“Getmək istəmirdi. Artıq hər yeri, hər şeyi dağıdırdı. Dəfələrlə evi yandırıb. Pişiyi dörd yerə bölüb evdən asırdı. Deyirdi ki, bu, yaxşı şeydir. Artıq dözülməz vəziyyət idi. Dəfələrlə evdən qaçıb. Biz məcbur olub onu dəlixanaya apardıq. Oradan da qaçmışdı. Qaçandan sonra neçə gün onu tapa bilmədik. Sonra onu dəmiryolunun kənarından tapdıq. Evə gələndə aqressiv idi. Deyirdi ki, məni niyə dəlixanaya salırsınız? Amma biz bacara bilmirdik”.

Məhkəmə prosesi fevralın 13-də davam etdiriləcək.

Qeyd edək ki, cinayət hadisəsi ötən il iyunun 22-də gecə saat 00:55-də Bakının Xəzər rayonunda baş verib.

Belə ki, həmin gün rayonun Dəmiryol küçəsindəki 4 nömrəli evdə yanğın qeydə alınıb. Yanğın nəticəsində 1959-cu il təvəllüdlü Soloveykina Nina İvanovna və onun 16 yaşlı oğlu Soloveykin Vadim Vladimiroviç müxtəlif dərəcəli yanıq xəsarətləri alıblar. Onların hər ikisi Respublika Yanıq Mərkəzinə aparılıb. Lakin iyunun 24-də V.Soloveykin aldığı ağır yanıq xəsarətləri nəticəsində dünyasını dəyişib.

Araşdırmalar zamanı məlum olub ki, Soloveykin ailənin böyük oğlu, 1993-cü il təvəllüdlü Kolosov Vitali Vladimiroviç doğmaları yatarkən evin hər yerinə benzin tökərək ona od vurub.

Məlumata görə, V.Kolosov psixi çatışmazlıqdan əziyyət çəkir və o, psixiatrik xəstəxanada qeydiyyatdadır.

Mənbə: Oxu.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *