Arvadını qardaşına qısqanıb başını kəsən şəxs ifadə verib » AzNews.info -Xəbər portalı

Bölmə: Kriminal

Arvadını qardaşına qısqanıb başını kəsən şəxs ifadə verib

Arvadını qardaşına qısqanıb başını kəsən şəxs ifadə verib



Bakı Ağır Cinayətlər Məhkəməsində arvadını baltalayıb sonra başını kəsərək öldürməkdə təqsirləndirilən 31 yaşlı Murad Ələsgərovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

AzNews.info-nun “Qafqazinfo”ya istinadən verdiyi xəbərə görə, hakim Ənvər Seyidovun icraatında olan prosesdə baxış iclası baş tutub.

Belə ki, 2017-ci ilin mayında Quba rayonun Güləzi kəndində yaşayan M.Ələsgərov arvadı Ulduzu ögey qardaşına qısqanaraq 5 dəfə balta ilə vurub, sonra isə başını kəsib.

O ifadəsi zamanı ögey qardaşı Şeyda ilə Ulduzu bir neçə gün izlədiyini deyib:

“Onları güdmək üçün guya küçəyə getdiyimi dedim, evin arxasından keçib samanlığa girdim. Eşitdim ki, Şeyda Ulduza nə isə dedi. Sonra ikisi də həyətə çıxdı, pəncərədən baxıb gördüm ki, Ulduz tövlənin arxasına getdi. Şeydanın harda olduğunu bilmək üçün çölə çıxdım. O məni görüb tutuldu, tez küçəyə tərəf getdi.

Bir gün sonra yenə işləmək adı ilə evdən çıxdım. Şeyda da ardımca küçəyə gəldi, onu aldatmaq üçün dağa tərəf gedib başqa yolla qonşunun həyətində ağaca çıxdım, oradan həyətimizi izlədim. Heç birini həyətdə görmədim, evə qaçdım. Şeyda balkonda dayanmışdı, Ulduz da taxtın üstündə halsız uzanmışdı.

Səhəri gecə tövlənin üstünə çıxıb oradan arvadımı güddüm. Şeyda tövlənin qabağına gəlib orada dayandı. Ulduz da bu toyuq hinindən çıxırdı. Şeyda onu yanına çağırdı. Amma Ulduz süd vedrəsini götürüb evə getdi. Mən də evə gedib Şeydanın ona nə dediyini soruşdum. O isə eşitmədiyini dedi. Dedim ki, Quran gətirəcəyəm, özünü yığışdır, yoxsa səni öldürərəm”.

Bundan sonra Murad Ələsgərov arvadı Ulduzu öldürmək üçün qəti qərar verir və sübh tezdən inək sağan arvadına arxadan yaxınlaşaraq balta ilə zərbələr vurur. Bu anı isə qızları 6 yaşlı Aybəniz də görür, dərhal evə qaçır.

Mərhum Ulduz Ələsgərovanın atası Aydın Eyyubov deyib ki, hadisədən 2 ay əvvəl qızı tez-tez ağlayırmış: “Onların 3 övladı var idi, kiçik oğlum ora gedəndə bir neçə dəfə Ulduzun ağladığını görüb. Şeyda Rusiyadan gələndən sonra o evdə çox mübahisələr olurdu. Şeyda mülk davası edirdi”.

M.Ələsgərovun arvadı ilə yaxın münasibətdə olmaqda ittiham etdiyi Şeyda Ələsgərov bunu təkzib edib:

“Mən Ulduzla ata-bala kimi idim. Amma Muradla anası mənimlə yola getmirdi. Onlara deyirdim ki, evi dağıtmayın, elə bilirdilər onları evdən çıxaracağam. Murada qardaş kimi nəsihət verirdim, qəbul etmirdi. Ulduzun da qayınanası ilə arası yaxşı deyildi. Mən heç vaxt Ulduzla tək qalmamışam, Muradın da onu niyə öldürdüyünü bilmirəm”.

Mənbə: Qafqazinfo.az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *