Dəniz quldurları Benin sahillərində rusları girov götürdü » AzNews.info -Xəbər portalı

Bölmə: Kriminal

Dəniz quldurları Benin sahillərində rusları girov götürdü

Dəniz quldurları Benin sahillərində rusları girov götürdü


Yanvarın 1-də dəniz quldurları Qvineya körfəzində “MSC Mandy” adlı konteyner daşıyan gəminin altı heyət üzvünü girov götürüb. Girov götürülənlərin hamısı ruslardır.

Oxu.Az bildirir ki, bu, “Rosmorreçflot” xilasetmə-koordinasiya mərkəzindən “RİA Novosti”yə verilən məlumatlar əsasında məlum olub.

Qeyd olunur ki, Panama bayrağı altında üzən “MSC MANDY” gəmisində 24 heyət üzvü olub ki, onlardan da 23-ü Rusiya, biri isə Ukrayna vətəndaşıdır.

Gəmiyə odlu və soyuq silahlarla silahlanmış doqquz nəfər hücum edib. Dəniz quldurları gəmini talan ediblər.

İki saat sonra onlar gəmini tərk edərək altı nəfər heyət üzvünü də özləri ilə girov götürüblər. Bütün əsir götürülənlər Rusiya vətəndaşlarıdır (kapitan, kapitanın baş köməkçisi, kapitanın üçüncü köməkçisi, bosman, qaynaqçı və aşbaz). Qalan 18 nəfər heyət üzvü arasında yaralananlar yoxdur.

Əsir götürülmüş ekipaj üzvlərinin azad edilməsi məsələsi ilə Nigeriya və Benində yerləşən konsulluq şöbələri məşğuldur.

“Marinetraffic” saytının məlumatlarına əsasən, hazırda “MSC Mandy” gəmisi Qvineya körfəzində lövbər salıb.

Mənbə: Oxu.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *