Bakıda manyak-pedofilə 15 il həbs cəzası verildi » AzNews.info -Xəbər portalı

Bölmə: Kriminal

Bakıda manyak-pedofilə 15 il həbs cəzası verildi

Bakıda manyak-pedofilə 15 il həbs cəzası verildi

Bakı Ağır Cinayətlər Məhkəməsində azyaşlı qızları binaların bloklarında haqlayıb, onlara qarşı “seksual xarakterli hərəkətlər” etməkdə, habelə qadınları soymaqda ittiham olunan 31 yaşlı Amil Paşayevin cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.

Virtualaz.org-un xəbərinə görə, prosesdə hökm oxunub. Hökmə görə, A.Paşayev 15 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, A.Paşayev bu ilin avqustunda Xətai rayon Polis İdarəsini 34-cü Polis Bölməsinin əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıb.

İstintaqın gedişi zamanı A.Paşayevin qeyri-adekvat davranışları polis əməkdaşlarında onun başqa cinayətlərdə əlinin olduğuna dair əsaslı şübhələr oyadıb. Bu səbəbdən A.Paşayevin ətrafında həyata keçirilən əlavə istintaq-əməliyyat tədbirləri ilə onun 2017-ci ilin dekabrından saxlanıldığı günə qədər Xətai rayonu ərazisində dörd azyaşlı qıza qarşı seksual xarakterli zorakılıq hərəkətləri etdiyi də müəyyənləşib.

A.Paşayev yaxalandıqdan sonra ona Xətai Rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin soyğunçuluq, azyaşlılara qarşı seksual xarakterli hərəkətlər etmə və quldurluq maddələri ilə cinayət işi qaldırılıb.

Mənbə: Virtualaz.org
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *