Qızına və gəlininə qarşı əxlaqsızlıq edən manyaka SƏRT CƏZA » AzNews.info -Xəbər portalı

Qızına və gəlininə qarşı əxlaqsızlıq edən manyaka SƏRT CƏZA

Qızına və gəlininə qarşı əxlaqsızlıq edən manyaka  SƏRT CƏZA


Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qızını zorlamaqda və gəlininə qarşı seksual hərəkətlər etməkdə, arvadına işgəncə verməkdə təqsirləndirilən 1960-cı təvəllüdlü Malik Mirzəliyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

AzNews.info xəbər verir ki, Lent.az-ın məlumatına görə, hakim Eynulla Vəliyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hakimlər kollegiyasının hökmü ilə M.Mirzəliyev 15 il müddətə azadlıqdan məhrum edilib.

Xatırladaq ki, dövlət ittihamçısı M.Mirzəliyevin 15 il azadlıqdan məhrum edilməsini istəmişdi.

Qeyd edək ki, M.Mirzəliyev qızı Əfsanəni (ad şərtidir) zorlayıb, sonra gəlini Nigara (ad şərtidir) qarşı seksual xarakterli hərəkətlər edib, arvadı Gülşənə (ad şərtidir) isə işgəncə verib. O, Cinayət Məcəlləsinin 149 (zorlama), 150 (seksual hərəkətlər) və 133-cü (işgəncə vermə) maddələri ilə təqsirləndirilib.

Mənbə: Lent.az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *