Dağıstanda döyüşlər: üç yaraqlı məhv edildi » AzNews.info -Xəbər portalı

Bölmə: Kriminal, Dünya

Dağıstanda döyüşlər: üç yaraqlı məhv edildi

Dağıstanda döyüşlər: üç yaraqlı məhv edildi


Dağıstanda antiterror əməliyyatı zamanı üç yaraqlı məhv edilib.

Oxu.Az-ın xəbərinə görə, bu barədə Rusiya Milli Antiterror Komitəsinin məlumatında bildirilir.

Məlumata əsasən, xüsusi əməliyyat Talqi yaşayış məntəqəsində keçirilib.

Hüquq-mühafizə orqanlarının əməkdaşları ekstremistləri təslim olmağa çağırıblar. Lakin sonuncular buna atəşlə cavab veriblər. Nəticədə Rusiya Federal Təhlükəsizlik Xidmətinin əməkdaşları yaraqlıları zərəsizləşdiriblər.

Atışma zamanı güc strukturlarının şəxsi heyətindən, eləcə də yerli sakinlərdən xəsarət alan olmayıb.

Mənbə: Oxu.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *