Dağıstanda quldur dəstəsi zərərsizləşdirilib
Dağıstanda antiterror əməliyyatı zamanı dörd silahlı, o cümlədən “Kadar” dəstəsinin başçısı zərərsizləşdirilib.
AzNews.info Report-a istinadən xəbər verir ki, Milli Antiterror Komitəsinin məlumatında əməliyyat zamanı Dağıstanın Buynaksk rayonunun Karamaxi kəndindəki fərdi evlərin birində cinayət fəaliyyəti ilə məşğul olan qrup üzvləri aşkar edilib.
Quldurları mühasirə alan hüquq-mühafizə orqanlarının silahı yerə qoyub təslim olmaq təklifinə qarşı tərəf atəş açmaqla cavab verib.
Məlumata görə, dəstə terror istiqamətli çoxsaylı cinayətlər törədib, o cümlədən Karamaxi kəndinin administrasiya rəhbərini, eləcə də digər mülki vətəndaşları qətlə yetirib, eyni zamanda, hədə-qorxu yolu ilə sahibkarlardan böyük məbləğdə pul qoparıb.
Mənbə:> Report