Sumqayıtda silahlı insident: ölən var » AzNews.info -Xəbər portalı

Bölmə: Kriminal

Sumqayıtda silahlı insident: ölən var

Sumqayıtda silahlı insident: ölən var


Sumqayıt şəhərində ölümlə nəticələnən silahlı insidet baş verib.

AzNews.info "Report"a istinadən xəbər verir ki, şəhər ərazisində təqribən 40-45 yaşlı kişi açılan atəş nəticəsində dünyasını dəyişib.

Qətli törədən şəxs hadisə yerindən qaçmağa müvəffəq olub. Əraziyə polis əməkdaşları cəlb olunub. Meyit müayinə olunması üçün Sumqayıt şəhər Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya şöbəsinə təhvil verilib. Ölən şəxsin kimliyi hələ ki, məlum deyil.

Hadisəni törədən şəxsin yerinin müəyyən edilməsi və onun məsuliyyətə cəlb olunması istiqamətində əməliyyat-axtarış tədbirləri həyata keçirilir.

Faktla bağlı cinayət işi açılıb, araşdırmalar davam etdirilir.

Mənbə: Report
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *