Bakıda restoranda güllələnmə - Ölən və yaralanan var » AzNews.info -Xəbər portalı

Bölmə: Manşet, Hadisə, Kriminal

Bakıda restoranda güllələnmə - Ölən və yaralanan var

Bakıda restoranda güllələnmə - Ölən və yaralanan var


Bakının Sabunçu rayonunda silahlı insident baş verib.

AzNews.info Report-a istinadən xəbər verir ki, Ramana qəsəbəsindəki Şuşa şəhərciyi ərazisində yerləşən "Naxçıvan” restoranında avtomat silahdan açılan atəş nəticəsində, 1 nəfər ölüb, 1 nəfər də yaralanıb.

Ölən şəxsin Çingiz, hadisəni törədənin isə Hikmət adlı şəxs olduğu bildirilir. Yaralanan şəxs 1984-cü il təvəllüdlü Kərimov Elxan Nazim oğludur. Yaralı 3 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

Hadisə yerinə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşları və Daxili Qoşunların xüsusi təyinatlıları cəlb olunub. Ərazidə polis postu qurulub, giriş-çıxış zamanı axtarış aparılır.

Cinayəti törədən şəxsin axtarışları davam etdirilir.

Mənbə: Report
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *