Bakıda 2 nəfər məktəbli qıza görə güllələnib » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial, Hadisə

Bakıda 2 nəfər məktəbli qıza görə güllələnib

Bakıda 2 nəfər məktəbli qıza görə güllələnib

Dünən Bakının Səbail rayonu ərazisində - Salyan şosesi 22 ünvanının qarşısında baş vermiş güllələnmə hadisəsi ilə bağlı 2 nəfər saxlanılıb.

Lent.az xəbər verir ki, 17 yaşlı Firuddin İsmayılov və 31 yaşlı Ələddin Bağırovun güllə yarası alması ilə nəticələnən hadisədə iştirak etmiş Soltan Turabov və Aqil Seyidəliyev saxlanılıb. Hadisədə iştirak etmiş Elgün və İbrahim adlı şəxslərin də saxlanması istiqamətində iş aparılır.

Saytın əldə etdiyi məlumata görə, güllələnən şəxslərin həyatına təhlükə qalmayıb. Onların hər ikisi ayağından yaralanıb və diz nahiyələrinə qırmalar girib.

* * *12:10

Dünən Bakının Səbail rayonunda 2 nəfərin güllələnməsi hadisəsi ilə bağlı maraqlı faktlar üzə çıxıb.

Lent.az-ın əldə etdiyi məlumata görə, hadisə saat 17 radələrində Salyan şossesi 22 ünvanının qarşısında baş verib. Yaralanan şəxslərdən 17 yaşlı Firuddin İsmayılov da məhz həmin ünvanda yaşayır.

Bildirilir ki, hadisə orta məktəbin 11-ci sinif şagirdi olan Firuddin İsmayılovla Soltan Turabov arasındakı münaqişədən sonra baş verib. F.İsmayılov sinif yoldaşı olan Fəridənin (ad şərtidir) Soltan tərəfindən narahat edildiyini öyrənəndən sonra ona irad bildirib. Tərəflər arasında münaqişə sakitləşdiriləndən sonra isə Soltan Aqil adlı tanışını Firuddinin üstünə yollayıb. Həmin şəxs məktəbli oğlanla dalaşarkən ətrafdakı şəxslər onları aralayıb. Daha sonra Aqil adlı həmin şəxs İbrahim və Elgün adlı daha iki nəfərlə “Hyundai Elantra” markalı avtomobillə Firuddinin yaşadığı evin qarşısına gəlib və küçədə ona tüfənglə atəş açıb. 17 yaşlı F.İsmayılovla qonşusu, 31 yaşlı Ələddin Bağırov güllə yarası alıb. Onların hər ikisi xəstəxanaya aparılıb.

* * *10:30

Bakıdakı silahlı insident nəticəsində iki nəfər yaralanıb.

Səbail Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, ötən gecə Salyan şossesində naməlum şəxsin ov tüfəngindən açdığı atəş nəticəsində iki nəfər – 1986-cı il təvəllüdlü Ələddin Saməddin oğlu Bağırov və 2000-ci il təvəllüdlü Firuddin Teymur oğlu İsmayılov yaralanıb.

Onlar xəstəxanaya yerləşdirilib.

Araşdırmalar nəticəsində hadisəni törədən şəxsin Soltan Turabov olduğu müəyyən edilib.

Hazırda onun tutulması istiqamətində tədbirlər davam etdirilir.

* * *09:50

Paytaxtın Səbail rayonunda silahlı insident qeydə alınıb.

1986-cı il təvəllüdlü Bağırov Ələddin İsəddin oğlu Bayıl qəsəbəsində naməlum şəraitdə güllə yarası alıb. Yaralı xəstəxanaya yerləşdirilib.

O, ilkin dindirilmə zamanı Səbail Rayon Polis İdarəsinin (RPİ) əməkdaşlarına bildirib ki, qəsəbə ərazisində küçə ilə hərəkət edən zaman naməlum istiqamətdən ona atəş açılıb.

Faktla bağlı Səbail RPİ-də araşdırma aparılır.

Mənbə: Lent.az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *