Moskvanın "silah baronu"nun oğlu özünü güllələdi
Məşhur Rusiya sahibkarı Mixail Xubutiyanın 26 yaşlı oğlu Nikolozu başından güllələnmiş halda tapıblar.
AzNews.info bildirir ki, xəbəri REN TV yayıb.
Onu mənzilində qulluqçu aşkar edib. Amma təcili yardım gələnə qədər o, ölüb.
Teleqram-kanal 112 bildirir ki, mərhum intihardan əvvəl heç bir vida məktubu qoymayıb.
Qeyd olunur ki, Mixail Xubutiya özü hal-hazırda Sen-Tropada istirahətdədir.
Xatırladaq ki, Mixail Xubutiya məşhur biznesmen və ictimai xadimdir, Rusiyadakı Gürcü İttifaqının yaradıcısı və "Vahid Rusiya" Partiyasının üzvüdür. O həmçinin Moskvanın mərkəzindəki "Qostinnıy dvor”un və “Kolçuqa” silah mağazaları şəbəkəsinin şərikidir.
Mənbə:> Virtualaz.org