Şok iddia: “Müharibə olacaq”
Gürcüstanın sabiq prezidenti tezliklə müharibənin baş verəcəyini bildirib.
ANS PRESS-in məlumatına görə, Ukrayna prezidentinin statdankənar məsləhətçisi, Gürcüstanın eks prezidenti Mixail Saakaşvili Amerika Birləşmiş Ştatları (ABŞ) siyasətçilərini Ukraynaya silah verməyə inandırmaq cəhdlərinin bəhrəsini verməyə başladığını vurğulayıb. O, bunu hər iki partiyanın ABŞ prezidentinə olan təzyiqlərinin artması ilə əlaqələndirib. Bu barədə “Bloomberg” yazıb.
"Mən inanıram ki, ABŞ silah göndərəcək. Amerika ictimaiyyəti və siyasi elitasının bu məsələdə yekdildir. Demək olar ki, konqresdə və Senatda hamı bu ideyanı dəstəkləyir, hətta bunu Pentaqon və kəşfiyyat idarələri də istəyir", - deyə M.Saakaşvili bildirib.
Eks prezidentin qənaətinə görə, tezliklə müharibə başlaya bilər, buna görə də silahın çatdırılması üçün tələsmək lazımdır.
"Tezliklə Rusiya Ukraynanın cənubuna zərbə endirəcək və silah təcili lazımdır. Çünki ortada heç bir sülh müqaviləsi yoxdur", - deyə o sözlərinə əlavə edib.
Qeyd edək ki, ABŞ Ukraynaya 75 milyon dollar dəyərində hərbi yardım verəcəyini vəd edib.
Mənbə:> ANSPRESS