Lotu Qulinin rəqibi Ukraynada saxlanıldı — Deportasiya edildi » AzNews.info -Xəbər portalı

Bölmə: Kriminal

Lotu Qulinin rəqibi Ukraynada saxlanıldı — Deportasiya edildi

Lotu Qulinin rəqibi Ukraynada saxlanıldı — Deportasiya edildi


Azərbaycanlı "qanuni oğru” Ukraynada saxlanılıb.
"Ölkə.Az" yerli mətbuata istinadən xəbər verir ki, Azərbaycan vətəndaşı Məmmədov Cavid polis tərəfindən saxlanılıb. O, Ukrayna ərzisindən deportasiya olunub və ölkəyə girişinə 5 illik qadağa qoyulub.

Məlumata görə, o, kriminal aləmdə "Dato Ağcəbədinski” kimi tanınır.

Lvov polisinin onu saxlamasına səbəb isə, 33 yaşlı "qanuni oğru”nun Ukraynaya qanunsuz daxil olmasıdır. Belə ki, C. Məmmədov 2 ay əvvəl də ölkədən deportasiya olunubmuş.

Qeyd edək ki, bir müddət əvvəl "Dato Ağcəbədinski”nin "qanuni oğru" adından məhrum edildiyinə dair məlumat yayılmışdı. Bildirilirdi ki, 1985-ci ildə Yeni Qaradolaq kəndində anadan olan Ağcabədi rayon sakini Cavid Məmmədov Lotu Qulinin arxasınca danışdığı üçün cəzalandırılıb.

Onu da bildirək ki, Məmmədovun adı biznesmen Rəhman Əliyevin qətlində hallanır. Sonuncu sentyabrın 18-də Moskvanın cənubunda güllələnərək öldürülüb.
Cavid Məmmədov və Lotu Qulinin arasında münasibətlər isə "Dato"nun (2006-2008-ci illərdə) "Vladimirski çentral"da "nəzarətçi" təyin olunmasından sonra pozulub.

Bəzi məlumatlara görə, "Dato Ağcabədinski"nin Tbilisidə Elşən Məmmədovun qətlində də əli var. Elşən Nadir Səlifovun yaxın adamı kimi tanınırdı.

Mənbə: Ölkə.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *