Məhbusları əfv siyahısına saldıracağını vəd edən dələduz ifşa edildi » AzNews.info -Xəbər portalı

Bölmə: Kriminal

Məhbusları əfv siyahısına saldıracağını vəd edən dələduz ifşa edildi

Məhbusları əfv siyahısına saldıracağını vəd edən dələduz ifşa edildi

Azərbaycan Prezidenti yanında Əfv Məsələləri Komissiyası və Azərbaycan Respublikası Baş Prokurorluğu birgə məlumat yayıb.

Virtualaz.org-un xəbərinə görə, birgə məlumatda qeyd olunub ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən humanizm və ədalət prinsiplərinə əsaslanaraq reallaşdırılan uğurlu dövlət strategiyasının əyani təzahürü kimi ölkəmizdə çoxsaylı əfv sərəncamları imzalanmış, minlərlə məhkum olunmuş şəxsin cəzadan azad edilərək cəmiyyətə reinteqrasiya olunması təmin edilmişdir.

Həyata keçirilən mütərəqqi siyasətin məntiqi davamı kimi bu il Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibəti ilə növbəti əfv sərəncamının imzalanması bir daha humanizm ideyalarının təbliği, şəxsiyyətə inam və hörmətin bariz nümunəsi olmaqla ölkə ictimaiyyəti tərəfindən təqdirəlayiq hal kimi qəbul edilmişdir.

Bununla belə, şəffaf prosedurlar əsasında həyata keçirilən humanizm siyasətindən sui-istifadə halları vətəndaşların hüquqlarının pozulması və dövlətin bu sahədəki fəaliyyətinə ictimai etimadın sarsılması təhlükəsi yaratdığından belə qanunsuz hərəkətlərə qarşı ən ciddi mübarizə tədbirləri davam etdirilməkdədir.

Belə ki, məhkum edilmiş şəxslərin və onların yaxın qohumlarının etibarından sui-istifadə etmə və ya aldatma yolu ilə onlara məxsus müxtəlif məbləğlərdə pul vəsaitlərini ələ keçirmiş şəxs barəsində Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyasından Baş Prokurorluğa daxil olmuş çoxsaylı vətəndaş müraciətləri əsasında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində cinayət işi başlanmışdır.

Cinayət işinin istintaqı zamanı Allahverdiyev Vüqar İsax oğlunun Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin 7 və 13 saylı cəzaçəkmə müəssisələrində saxlanıldığı müddətdə ona telefonla olan danışıq hüququndan istifadə etməsi üçün yaradılmış şəraitdən yararlanaraq özü ilə birlikdə cəza çəkən ayrı-ayrı şəxslərin yaxın qohumlarına zəng etməklə həmin məhkumların adlarının əfv olunan şəxslər siyahısına saldıracağını bildirib naməlum şəxslər vasitəsi ilə Quliyeva Kəmalə İnqilab qızından 3000 manat, Məmmədov Firdovsi Tanverdi oğlundan 2500 manat, Həsənov Namiq Məmməd oğlundan 3000 manat tələb edib almasına və eyni niyyətlə Məlikova İradə Vahab qızından tələb etdiyi 1500 manat pulu ələ keçirməyə cəhd etməsinə, habelə cinayət işi üzrə həmin xüsusatlar araşdırılarkən müəyyən edilmiş digər qanunsuz hərəkətləri törətməsinə şübhələr üçün əsaslar olduğundan, ona Cinayət Məcəlləsinin 178.2.2 (təkrar törədilməklə dələduzluq), 178.2.4 (xeyli miqdarda ziyan vurmaqla dələduzluq), 310 (Vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmə) və 32.4, 312.2-ci (Vəzifəli şəxs tərəfindən bilə-bilə qanunsuz hərəkətlər (hərəkətsizlik) etməyə görə ona rüşvət verməyə və ya təkrar rüşvət verməyə təhrik etmə) maddələri ilə ittiham elan edilmiş və cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilmişdir.

Mənbə: Virtualaz.org
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *