Elnur Vaqifoğlunun reketlər bandası ifşa olundu » AzNews.info -Xəbər portalı

Bölmə: Kriminal

Elnur Vaqifoğlunun reketlər bandası ifşa olundu

Elnur Vaqifoğlunun reketlər bandası ifşa olundu

Daxili işlər orqanlarının bu il mayın 14-də həyata keçirdikləri əməliyyat-axtarış və əməliyyat-texniki tədbirlər nəticəsində qurbanlarına qarşı ağlasığmaz metodlarla şantaj həyata keçirən reket jurnalist yaxalanıb. Bu barədə virtualaz.org-a etibarlı mənbələrdən məlum olub.

Məlumata görə daxili işlər orqanları şantaj və hədə-qorxu ilə məşğul olan bir qrup reket jurnalistin fəaliyyətini ifşa edilib, onlardan biri “Dosye.az” saytının təsisçisi “Elnur Vaqifoğlu” imzası ilə tanınan Elnur Məmmədov saxlanılıb.

Bildirilir ki, Elnur Məmmədov Bakı Ağır Cinayətlər Məhkəməsində onun barəsində Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq) maddəsi ilə baxılan cinayət işinin istintaqından yayındığına görə axtarışda imiş.

Aparılan araşdırmalarla onun reket jurnalist kimi fəaliyyəti göstərməsi, tez-tez bölgələrə gedərək gizli videoçəkilişlər aparması, şantaj, hədə-qorxu və dələduzluq yolu ilə müxtəlif qurumlardan, bəzi dövlət idarələrindən, rəhbər vəzifəli şəxslərdən birdəfəlik və ya aylıq haqq alması məlum olub.

Elnur Vaqifoğlunun reketlər bandası ifşa olundu


Əməliyyat-texniki tədbirlər nəticəsində E.Vaqifoğlunun yaxın əlaqələrində olan daha 4 xəbər saytının təsisçiləri və baş redaktorları ilə əlbir olaraq müxtəlif vaxtlarda Ağdam rayonunun bəzi rəhbər vəzifəli şəxslərinin məhz işdən azad olunmaları istiqamətində mütəmadi olaraq barələrində neqativ məzmunlu məqalələr yazması müəyyən edilib. Məlum olub ki, reketlər şantaja məruz qoyduğu şəxslərdən poçt vasitəsi ilə 100-150 AZN məbləğində bir neçə dəfə pul alıb, eyni zamanda həmin vəzifəli şəxslərdən onun üçün rayonun məktəblərindən pul yığmalarını tələb edib.

Reket qruplaşması əsasən Ağdam və ətraf rayonlardan olan digər vəzifəli şəxslərdən pul alıb, pul verməyəcəkləri təqdirdə sosial şəbəkələrdə, öz saytında və yaxın ətrafına daxil olan həmkarlarının xəbər portallarında barələrində rüsvayedici məlumatlar yayacağı ilə hədələyib və bu kimi çoxlu sayda digər faktlar müəyyən edilib.

E.Vaqifoğlunun ətrafında davam etdirilən araşdırma nəticəsində 2018-ci il fevralın 9-da Ağdam şəhər sakini Polad Zeynalovun həyətindən silah-sursatın aşkar olunması faktına görə Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə istintaqı aparılan cinayətin açılması da təmin edilib.

Elnur Vaqifoğlunun reketlər bandası ifşa olundu


Müəyyən olunub ki, Ağdam rayon sakinləri - 1-ci Yüzbaşlı kənd orta məktəbinin direktoru Polad Zeynalov və həmin məktəbin müəllimi Vüsal Əliyev arasında iş prosesində münaqişə yaranıb. Müəllim direktora problemlər yaratmaq üçün tanışı Elnur Vaqifoğluna müraciət edərək ona məxsus “dosye.az” saytında işlədiyi məktəb haqqında neqativ məzmunlu məqalələr dərc etməyi sifariş verib.

V.Əliyev bununla kifayətlənməyərək P.Zeynalovu həbs etdirmək qərarına gəlib və bu məqsədlə 2017-ci ilin dekabr ayında yeznəsi Rizvan Mirzaliyevlə birlikdə onun qanunsuz olaraq saxladığı 2 ədəd əl qumbarası, 3 ədəd əl qumbarasına aid alışqan, 3 ədəd “Kalaşnikov” avtomatına aid daraq və 9 ədəd patronu direktor P.Zeynalovun həyətyanı sahəsində gizlədiblər.

Bundan sonra reket jurnalist E.Vaqifoğlu hüquq-mühafizə orqanlarının birində işləyən tanışına müraciət edərək direktorun qanunsuz silah saxlaması barədə məlumat verib. 2018-ci il fevralın 9-da həmin məlumat əsasında sonuncunun evində və həyətində axtarış aparılıb və oradan V.Əliyev və R.Mirzaliyevin gizlətdikləri silah-sursat aşkar olunub. Dindirmə zamanı Elnur Məmmədov, Vüsal Əliyev və Rizvan Mirzaliyev törətdikləri cinayəti etiraf edib, hər üç şəxs həbs olunub.

Mənbə: Virtualaz.org
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *