Yunanıstanda gürcüstanlı “oğrular” yaxalandı » AzNews.info -Xəbər portalı

Bölmə: Kriminal

Yunanıstanda gürcüstanlı “oğrular” yaxalandı

Yunanıstanda gürcüstanlı “oğrular” yaxalandı

Yunanıstan polisi mütəşəkkil cinayətkar qrupun üzvü olan 21 nəfəri həbs edib.

RİA “Novosti” xəbər verir ki, müxtəlif cinayətlər törətməkdə ittiham olunan şəxslərdən 18-i Gürcüstan vətəndaşıdır, qalan üçü isə Yunanıstan, İraq və Bolqarıstandandır.

Afina polisinin rəsmi nümayəndəsi İoanna Rotzioku saxlanılan qrupun ən iri cinayətkar şəbəkə olduğunu qeyd edib. Onun sözlərinə görə, zərərsizləşdirilmiş şəbəkənin özəlliyi ondan ibarətdir ki, o, bir-birindən asılı olmayan, lazım gəldikdə isə əlbir olan dörd qrupdan ibarət olub.

Ötən gün Yunanıstanda keçirilən əməliyyat ölkənin bütün ərazisini əhatə edib.

Saxlanılanlar 24-64 yaş arasındadırlar. Onlar 70 mənzil oğurluğu, silahlı soyğunçuluq, narkotik maddələrin satışı və digər cinayətlər törətməkdə ittiham olunurlar.

Mənbə: RİA Novosti
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *