Qalmaqallı hakim polis nəzarətində - Ölümlə təhdid olunub
Britaniya polisi Çempionlar Liqasının 1/4 finalında keçirilən "Real" - "Yuventus" oyununun baş hakimi Maykl Oliveri qorumaq məqsədilə mühafizəçilər ayırıb.
AzNews.info qol.az-a istinadən xəbər verir ki, ingilis hakim və həyat yoldaşı ölümlə hədələndiyi üçün bu addım atılıb.
Qeyd edək ki, M.Oliver sözügedən qarşılaşmaya ikinci hissəsinə əlavə edilmiş dəqiqədə "Yuventus"un qapısına penalti təyin etdiyi və Canluici Buffona qırmızı vərəqə göstərdiyi üçün ölüm təhdidləri alıb. Məsələ ilə bağlı Britaniya polisi araşdırmaya başlayıb.
Mənbə:> Qol.Az