"Real" - "Yuventus" matçının hakimi və arvadı təhdid edilir
Çempionlar Liqasının 1/4 final mərhələsində keçirilən "Real" (İspaniya) - "Yuventus" (İtaliya) matçımın hakimi Maykl Oliver və həyat yoldaşı təhdid edilir.
Qaynarinfo xəbər verir ki, ingilis referinin əvvəlcə həyat yoldaşı "Twitter"də təhdid olunub. Naməlum şəxslər onun səhifəsinə təhqiramiz ifadələr yazıb. Daha sonra isə Oliver və xanımını təhdid etməyə başlayıblar. Artıq polis araşdırmalara başlayıb.
Qeyd edək ki, "Real" səfərdəki ilək oyunda 3:0 hesablı qələbə qazanıb. Cavab matçında "Yuventus" 3 qol vurub. Lakin 90+8-ci dəqiqədə hakim İtaliya klububun qapısına penalti təyin edib. Bu qərara etiraz edən "Yuventus"un qapıçısı Canluici Buffon meydandan qovulub. Penaltini dəqiq yerinə yetirən Kriştiano Ronaldo "Real"ı yarımfinala çıxarıb.
Mənbə:> Qaynarinfo.az