Kişilərlə görüşmək üçün ailəsini atıb rayondan Bakıya gəldi və… – Uşağının gözü qarşısında DƏHŞƏTLİ ƏMƏL » AzNews.info -Xəbər portalı

Bölmə: Kriminal

Kişilərlə görüşmək üçün ailəsini atıb rayondan Bakıya gəldi və… – Uşağının gözü qarşısında DƏHŞƏTLİ ƏMƏL

Kişilərlə görüşmək üçün ailəsini atıb rayondan Bakıya gəldi və… – Uşağının gözü qarşısında DƏHŞƏTLİ ƏMƏL


Qəbələ şəhərində arvadını öldürməkdə təqsirli bilinən 1982-ci il təvəllüdlü Vasif Ağababayevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

AzNews.info xəbər verir ki, Vasif Ağababayevin rəsmi nikah münasibətində olduğu arvadı Afət Baxşalıyeva mütəmadi olaraq azyaşlı uşağını qoyub və Bakı şəhərinə qaçıb.

Afət Baxşalıyeva paytaxtda yüngül həyat tərzi keçirib. Sonradan Vasif Ağababayev onu şəxsiyyət vəsiqəsi düzəltdirmək üçün Qəbələ rayonuna çağırıb. Amma Afət dəfələrlə yalan vədlər verməklə, gəlməkdən yayınıb.

Vasif Ağababayev hadisə günü əvvəlcədən vəd olunmuş həmin yerə vaxtında gəlməməsini, arvadı tərəfindən növbəti dəfə aldadılması kimi qəbul edib.

Bu səbəbdən Afətə qarşı yaranmış nifrət hissini əsas tutub, onun bu hərəkətlərinə son qoymaq üçün qisas almaq məqsədi ilə öldürmək qərarına gəlib.

Bu niyyətlə Vasif Ağababayev 30 mart 2017-ci il tarixdə, təxminən saat 15-də 2012-ci il təvəllüdlü oğlu Hüseyn ilə birlikdə Qəbələ şəhəri H.Aslanov küçəsində yerləşən “Qarışıq mallar” mağazasına gəlib. Orada mağazadan bıçaq alıb və həmin gün saat 15.30-da şəhərin H.Əliyev küçəsi 15 saylı evin qarşısında Afət Baxşalıyeva ilə görüşüb.

Bu zaman Afət həmin vaxt orada olan azyaşlı oğlu Hüseynə oyuncaq vermək məqsədilə özünün əl çantasına əlini uzadıb. Afətin əyilməsindən istifadə edən Vasif Ağababayev cibində olan bıçağı çıxarıb və azyaşlı oğlunun qarşısında arvadına çoxsaylı zərbələr vurub.

“Arvadım üç dəfə evdən qaçıb”

Vasif Ağababayev arvadına ümumilikdə 26 bıçaq zərbəsi vurub. Afət Baxşalıyeva aldığı zərbələrin təsirindən hadisə yerində ölüb.

İstintaq orqanı tərəfindən Vasif Ağababayevə qarşı Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) maddəsi ilə ittiham elan edilib.

Təqsirləndirilən şəxs qismində ifadə verən Vasif Ağababayev elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O deyib ki, 2007-ci ildə Baxşalıyeva Afət Həsənağa qızı ilə ailə həyatı qurub: “Birgə nikahımızdan bir oğlan övladımız olub. Ailə qurduğumuz vaxtdan etibarən arvadım evdən 3 dəfə qaçaraq Bakı şəhərinə gedib. Ondan harada olduğunu soruşduqda isə heç nə bildirməyib”.

“Könüllü qaçdığını bildirdi”

Təqsirləndirilən şəxsin ifadəsinə görə, sonuncu dəfə 12 mart 2017-ci il tarixdə, saat 11-də bacısı Solmaz onun mobil telefonuna zəng edib və Afətin yenə də evdən qaçdığını deyib: “Afət evdən qaçarkən oğlum Hüseyni də özü ilə aparıb. Həmin vaxt Afətin hara getdiyini bilməmişəm. Bu səbəbdən Afətin anasıgillə əlaqə saxlamışam. Amma onlar da Afətin hara getdiyini bilməyiblər. Bir az sonra Afət özü mobil telefonuma zəng edərək, heç bir səbəb olmadan özünün könüllü getdiyini, polis şöbəsinə gedib könüllü getməsi barədə ərizə yazdığını bildirdi. Mən də həmin vaxt Afətin atasına zəng edərək, hər ikisini eyni vaxtda telefonla danışdırdım”.

“Oğluma görə narahat olmuşam”

Vasif Ağababayev qeyd edib ki, həmin vaxt Afət atasına da könüllü olaraq evdən getdiyini deyib, lakin hara getdiyini bildirməyib: “Bu zaman Afətə uşağı özü ilə aparmasına etiraz etmişəm. Bundan sonra Afətin qohumları ilə maraqlansam da, onun harada olduğunu bilməmişəm. Oğlum Hüseyn Afətlə olduğu üçün narahat olmuşam”.

“Afət mənə heç nə demədi”

Təqsirləndirilən şəxsin ifadəsinə görə, 2017-ci il martın 14-də polis şöbəsinə gedərkən, Afət ona tanımadığı nömrədən zəng edib: “Afətə polis şöbəsinə getdiyimi və şikayət edəcəyimi bildirdim. Afət isə ondan heç kimə şikayət etməməyi xahiş etdi, uşağı da gətirərək, geri qayıdacağını söylədi. Buna görə də polis şöbəsinə getmədim. Həmin gün Afət Bakı şəhərindən gəldi və biz Qəbələ şəhərində görüşdük. Görüş zamanı Afətə nə üçün getməsi barədə soruşdum. Afət mənə bu barədə heç nə demədi”.

“Boşanmaq istədiyimi dedim”

Vasif Ağababayev bildirib ki, sonra Afətlə birlikdə boşanmaq üçün ona şəxsiyyət vəsiqəsi və azyaşlı uşağına sənəd düzəltdirmək məqsədilə Qəbələ rayonunda yerləşən ASAN xidmət mərkəzinə gediblər: “ASAN xidmət mərkəzində mənə olmayan şəxsiyyət vəsiqəsi üçün Qəbələ rayon polis şöbəsinin pasport stoluna müraciət etmək lazım olmasını bildirdilər. Həmin vaxt üstümdə pulum olmadığı üçün “pasport stola” getmədim. Afətdən artıq boşanmaq istədiyimi, həm də Novruz bayramı yaxınlaşdığı üçün Afətə çıxıb getməsini və bayramdan sonra gəlməsini bildirdim. Həmin vaxt Afət oğlum ilə əlaqə saxlamaq üçün ona mobil telefon nömrəsi almağımı bildirdi. Mən də Qəbələ şəhərində yerləşən telefon mağazalarının birindən Afətə mobil telefon üçün nömrə aldım”.

“Oğlumla parkda gəzişdik”

Vasif Ağababayevin sözlərinə görə, bundan sonra Afəti Bakı şəhərinə yola salıb: “Afətə bayramdan sonra Qəbələ şəhərinə gəlməyini və birlikdə Qəbələ rayon polis şöbəsinə gedərək, şəxsiyyət vəsiqəsini düzəltməli olduğumuzu bildirdim. Martın 29-da Afət Bakı şəhərindən Qəbələ şəhərinə gəlməli olduğu halda, gəlmədi. Mən də polis idarəsinə gedib şəxsiyyət vəsiqəsini düzəltmək üçün nə etmək lazım olduğunu soruşdum. Ertəsi gün səhər saat 07-də Afətin mobil telefonunu yığaraq ona gəlməli olduğunu bildirdim. Afət həmin gün gələcəyini dedi. Həmin gün saat 09-da Afətlə yenidən əlaqə saxlayanda, ondan Qəbələ şəhərinə gəlməsini tələb etdim. Saat 11-də oğlumu da götürərək, Qəbələ şəhərinə getdim. Uşaq üçün bir neçə şey aldım, onu parkda gəzdirdikdən sonra, saat 12-də Afətlə yenidən telefonla danışdım. Afət İsmayıllı rayonunda olduğunu, “Ford” markalı avtomobili sürücünün saxlayaraq, kimisə gözlədiyini dedi”.

“Polis şöbəsinin qarşısında olduğunu söylədi”

Vasif Ağababayev bildirib ki, bundan sonra Afətin Qəbələ şəhərinə çatıb-çatmadığını, harada olduğunu öyrənmək üçün onunla bir neçə dəfə də əlaqə saxlayıb: “Lakin Afət hər dəfə müxtəlif bəhanələrlə məni aldadıb. Afətə “Zərifə” parkında olduğumu, oğlu Hüseynin də mənimlə olduğunu, Qəbələ şəhərinə gəldiyi vaxt avtomobili həmin parkın yaxınlığındakı körpüdən keçərkən saxladaraq düşməsini və birlikdə polis şöbəsinə getməyimizi bildirdim. Bundan sonra, Afət saat təxminən 14.30-da zəng edərək Qəbələ rayon polis şöbəsinin qarşısında olduğunu və məni orada gözlədiyini bildirdi”.

“Yüngül həyat tərzi keçirməklə, məni daim aldadıb”

Vasif Ağababayevin sözlərinə görə, həmin vaxt Qəbələ şəhərində yerləşən mağazadan bıçaq alaraq oğlu ilə birlikdə taksiyə əyləşib və polis şöbəsinə gedib: “Afətin polis şöbəsinin qarşısında olduğunu gördüm. Bu zaman Afət bizə yaxınlaşdı və uşaqla görüşdü. Polis şöbəsinin həyət qapısında növbətçi polisə yaxınlaşdım, “pasport stola” getmək istədiyimi bildirdim. Polis isə “pasport stol”un şöbədə olmadığını, birazdan gələcəyini dedi. Afət ilə polis şöbəsinə bitişik olan arxa küçədə hərəkət etməyə başladıq. Bir az sonra Afət küçənin ortasında əyləşərək, çantasından nəsə axtarmağa başladı. Həmin vaxt oğlumun yanındaca mağazadan aldığım bıçaqla Afəti birinci dəfə kürək nahiyəsindən vurdum. Vuran kimi Afət qışqırdı, sonra bıçağı Afətin boğazına çəkərək, sinəsindən bir neçə dəfə bıçaqla vurdum. Bu zaman Afət ağzı üstə yerə yıxıldı. Həmin vaxt əsəbimdən özümdə olmamışam. Vurduqdan sonra bıçağı yerə atdım. Hadisəni törətdikdən sonra heç yana getməmişəm. İki nəfər polis əməkdaşı yaxınlaşaraq, məni polis şöbəsinə apardı. Afət yüngül həyat tərzi keçirməklə, məni daim aldadıb, dəfələrlə evdən qaçıb, hər dəfə də ailəmin dağılmaması üçün onu qəbul etmişəm. Afət Baxşalıyevanı bıçaqla vurmaqda məqsədim onu öldürmək olub. Əsəbi olduğum üçün ona konkret olaraq neçə bıçaq zərbəsi vurduğumu xatırlamamışam”.

“Qızımın evdən qaçdığını dedi”

Cinayət işi üzrə zərərçəkmiş şəxsin hüquqi varisi qismində ifadə verən Həsənağa Baxşalıyev bildirib ki, Afət Baxşalıyeva onun qızı olub: “Qızım 2007-ci ildə Vasif Ağababayevlə ailə həyatı qurub, birgə nikahdan Hüseyn adlı bir oğlan övladları olub. Afət əri ilə birlikdə yaşayıb. Onların ailədaxili münaqişələri barədə xəbərim olmayıb”.

Həsənağa Baxşalıyeva qeyd edib ki, martın 12-də Vasif onun mobil telefonuna zəng edib, qızı Afətin evdən qaçdığını deyib və onu telefonla qızı ilə danışdırıb: “Afətdən hara getdiyini soruşsam da, Afət getdiyi yeri demədi. Martın 30-da, axşam saat 17-də Vəndam qəsəbəsinin inzibati ərazi nümayəndəliyindən qızımın ölümü barədə mənə məlumat verildi. Qəbələ rayon Müalicə Diaqnostika Mərkəzinə gedərkən qızımın əri tərəfindən çoxsaylı bıçaq xəsarətləri yetirməklə qəsdən öldürüldüyünü bildim. Vasif Ağababayevin qızım Afəti öldürməsinin səbəbini bilməmişəm. Qızım ilk dəfə 2013-cü ildə evdən qaçdığı vaxt onu Vasiflə birlikdə taparaq evə gətirmişik. Amma Afətin sonradan evdən qaçmalarından xəbərim olmayıb”.

17 il cəza

Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Vasif Ağababayev 17 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan Vasif Ağababayev apelyasiya şikayəti verib. O, barəsində olan hökmün dəyişdirilməsini, ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulmuş cəzadan da aşağı həddə cəza təyin edilməsini xahiş edib.

Vasif Ağababayevin barəsində olan cinayət işi baxılması üçün Şəki Apelyasiya Məhkəməsinə göndərilib. Şikayət hakim Mirbahəddin Hüseynovun sədrlik etdiyi kollegiyada araşdırılıb.

Hakim kollegiyası apelyasiya şikayətinin dəlillərini araşdırandan sonra qərar elan edib. Qərara görə, Vasif Ağababayevin apelyasiya şikayəti təmin edilməyib.

Mənbə: Publika.az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *