Lənkəranda döyülən qadınlardan ikincisi də öldü » AzNews.info -Xəbər portalı

Bölmə: Kriminal

Lənkəranda döyülən qadınlardan ikincisi də öldü

Lənkəranda döyülən qadınlardan ikincisi də öldü


Lənkəranda döyülən sakinlərdən daha biri ölüb.

Daxili İşlər Nazirliyindən Oxu.Az-a verilən məlumata görə, döyülmə ilə xəstəxanaya yerləşdirilən 69 yaşlı Humay Qarayeva orada dünyasını dəyişib.

Qeyd edək ki, Liman şəhəri ərazisində, yanvar ayının 13-ü 48 yaşlı Samirə Miriyeva və onun anası 69 yaşlı Humay Qarayeva, yanvarın 14-də isə 16 yaşlı Heybət Abdullayev və 50 yaşlı Nəcəfqulu Həsənov evində döyülüb.

Müxtəlif bədən xəsarətləri alan şəxslər Lənkəran Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Xəsarətləri ağır olan 48 yaşlı Samirə Miriyevanı xilas etmək mümkün olmayıb. O, xəstəxanada dünyasını dəyişib.

Hadisəni törətməkdə şübhəli bilinən, 1991-ci il təvəllüdlü Fərrux Sabir oğlu Zeynalov tutulub.

Mənbə: Oxu.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *