ABŞ-ın demokratiya keşikçiləri iş başında
Yeni torpaqlarda qurulmuş ABŞ dövləti öz qanı bahasına çətin dönəmlərdən keçə bilib.
O zamanlar indiki kimi ölkəyə böyük axın var idi və bura gələn insanların hamısı varlanmaq və şəxsi torpaq arzusunda idi. Lakin onlardan bəzilər heç qanunu belə dəqiq bilinməyən ölkədə cinayətə meylli idi. Bu zaman nəinki ştatlar, hətta kiçik kəndlər üçün azad polis bölmələri yaradılır. Bu polis bölmələri heç bir mərkəzə bağlı olmurdu və müstəqil fəaliyyət göstərirdi. Belə bölmələr bir çox cinayətin qarşısını alsalar belə müstəqil fəaliyyət göstərdiyindən hərəkətləri üçün heç bir məsuliyyət daşımırdı.
Təəsüf ki, günü bu gün ABŞ-da hər bir şəhərin belə müstəqil polis bölmələri mövcuddur. O zaman polisin gücündən stabil dövlət qurulması üçün asayişin qorunması tələb edilirdisə, indi demokratiyanın qorunması üçün tələb edilir.
Belə heç bir mərkəzə bağlı olmayan kovboylar ölkədə nə istəsələr edə bilirlər və hər yerdədilər. Onlar heç nədən çəkinmədən əli bağlı insanları döyür, onları elektroşoka verir və hətta məsuliyyət daşımadan öldürə bilirlər.
Düzdü böyük miqrasiya axını qarşısında polisin işinin gərginliyi də var, lakin özünü demokratiya beşiyi adlandıran ABŞ-da polis bölməsinə düşən cinayətkarın heç bir hüququ yoxdur.
ANS PRESS-in qəddarlığı ölkənin yaranışı vaxtına kök salmış ABŞ polisinin özbaşınalığını göstərən videolar təqdim edir. Qeyd edək ki, bu insanları yersiz kötəkləyən və əziyyət verən polislər heç bir məsuliyyətə cəlb edilməyib.
Mənbə:> ANSPRESS