Bakıda yeniyetmələrdən ibarət quldur dəstəsi saxlanıldı
Bakının Nəsimi rayonunda quldurluq hadisəsi baş verib.
AzNews.info Publika.az-a istinadən xəbər verir ki, rayonun Cavadxan küçəsində 3 naməlum şəxs Bakı şəhər sakini Tural Quliyevin qarşısını kəsib. Onlar Tural Quliyevi döyərək 170 manatını və 2 ədəd mobil telefonunu alıblar. Cinayəti törədənlər hadisə yerini tərk ediblər.
Zərərçəkmiş Tural Quliyev aldığı xəsarətlərdən xəstəxanaya yerləşdirilib. Hadisə ilə bağlı Nəsimi rayon Polis İdarəsinin 19-cu polis bölməsi məlumatlandırılıb.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluğu törətməkdə şübhəli bilinən Ağsu rayon sakini olan bir yeniyetmə tutulub. Cinayətin daha iki iştirakçısının isə şəxsiyyəti müəyyən edilərək həbs ediliblər.
Faktla bağlı cinayət işi başlanıb.
Mənbə:> Publika.az