Bakıda dələduz qadın saxlanıldı
Dələduzluq etdiyinə görə tutulan qadının digər cinayət əməlləri də müəyyən edilib.
Oxu.Az-ın Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, Xətai RPİ əməkdaşları tərəfindən vətəndaşlara qarşı dələduzluq etdiyinə görə tutulan Dürrə İsmayılovanın ətrafında araşdırma aparılıb.
Onun 2013-2017-ci illər ərzində Bakı şəhər sakini olan daha 7 nəfəri aldadaraq onlardan qızıl əşyalar alması da müəyyən edilib.
Mənbə:> Oxu.Az