Quldurluq edən şəxs saxlanıldı
Şirvan ŞPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində ötən il oktyabrın 30-da şəhər sakini Vəli Ələkbərova məxsus evdən quldurluq yolu ilə 5000 manat və 970 ABŞ dolları pul, habelə qızıl əşyalar aparmaqda şübhəli bilinən həmyerliləri Fəxrəddin Şükürov tutulub, daha 2 nəfər isə müəyyən edilib.
Bu barədə məlumat Oxu.Az-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilib.
Məlumata görə, ətrafında aparılmış əməliyyat tədbirləri ilə onların iyunun 3-də Sudşa Bəylərovaya məxsus evdən quldurluq yolu ilə 10000 manat dəyərində qızıl əşyalar aparmaları da müəyyən edilib.
Mənbə:> Oxu.az