Bakıda “Wi-Fi” üstündə dava düşüb: Ağır yaralılar var
Bakının Xəzər rayonunda “Wi-Fi” simsiz internet şəbəkəsi üstündə düşən kütləvi dava nəticəsində 2 nəfər bıçaqlanıb.
AzNews.info report-a istinadən xəbər verir ki, hadisə Zirə qəsəbəsinin Naxçıvan küçəsində qeydə alınıb.
Belə ki, Əliyev Emin Zabit oğlu və 1982-ci il təvəllüdlü Əliyev Ələkbər Əlhümmət oğlu yaşadıqları evin qonşuluğundakı fərdi yaşayış evinin qapısının yaxınlığında duraraq “Wi-Fi”-dan istifadə edirlərmiş. Bu zaman 1997-ci il təvəllüdlü Əliyev Amid Qurbanəli oğlu və onun qardaşı (hələlik adı açıqlanmır) qapının yaxınlığında duraraq internetdən icazəsiz istifadə edən şəxslərə öz iradlarını bildiriblər. Bu zaman tərəflər arasında əlbəyaxa dava düşüb. Nəticədə A.Əliyev bıçaqla E.Əliyevə və Ə.Əliyevə xəsarətlər yetirib.
Xəsarət alan hər iki şəxs xəstəxanaya yerləşdirilib. Onların vəziyyəti orta-ağır kimi qiymətləndirilir.
Faktla bağlı Xəzər Rayon Polis İdarəsində cinayət işi başlanılıb. A.Əliyev və onun qardaşı saxlanılıb.
Mənbə:> Report