Bakıda vəzifəli şəxs biznesmen dostunu öldürdü
Daxili İşlər Nazirliyinin Nəqliyyatda Baş Polis İdarəsinin vəzifəli şəxsi adam öldürməkdə şübhəli bilinir.
AzNews.info xəbər verir ki, Qafqazinfo-nun əldə etdiyi məlumata görə, Zabrat qəsəbəsində yerləşən Vertolyot Meydançasının rəisi Faiq Qasımov dünən gecə saatlarında öz dostunu qətlə yetirib.
Belə ki, F.Qasımov yaxın dostu, Qoşa Qala restoranının sahibi Tərlanla axşam toy məclisində yeyib-içiblər. Sonra isə dostlar əyləncə məclisini Fatmayi kəndində dəniz kənarında davam etdiriblər. Hələlik açıqlanmayan səbəbdən F.Qasımov avtomobilini dostu Tərlanın üzərinə sürüb və ona ağır xəsarət yetirib. Xəstəxanaya yerləşdirilən iş adamı vəfat edib.
F.Qasımov bu gün səhər saatlarında saxlanılıb.
Mənbə:> Qafqazinfo.az