Skotland-Yard: Silahlı Londondakı terror hücumunu tək törədib
Silahlı Londondakı terror hücumunu tək törədib.
AzNews.info RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, bunu Skotland-Yardın nümayəndəsi Mark Rouli bəyan edib.
“Bizdə yalnız bir nəfər barədə məlumat var”, - deyə M.Rouli bildirib.
Bundan əvvəl hücumun 2 nəfər tərəfindən edildiyi barədə məlumatlar yayılmışdı.
Londonda törədilən terror aktı nəticəsində 4 nəfər ölüb, 20 nəfər yaralanıb.
Mənbə:> AzNews.info