Azərbaycandan külli miqdarda dollar çıxarmaq istəyən şəxslər saxlanılıb » AzNews.info -Xəbər portalı

Bölmə: Kriminal

Azərbaycandan külli miqdarda dollar çıxarmaq istəyən şəxslər saxlanılıb

Azərbaycandan külli miqdarda dollar çıxarmaq istəyən şəxslər saxlanılıb

Külli miqdarda xarici valyuta və qızıl külçələri qaçaqmalçılıq yolu ilə ölkədən çıxarılmasının qarşısı alınıb.

Oxu.Az-ın xəbərinə görə, Dövlət Gömrük Komitəsi və Dövlət Təhlükəsizliyi Xidməti mətbuat xidmətlərinin birgə məlumatında bildirilir ki, Dövlət Gömrük Komitəsi və Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən 2017-ci il martın 8-də həyata keçirilmiş birgə tədbirlər nəticəsində qabaqcadan əlbir olan bir qrup şəxs halında tamah məqsədilə külli miqdarda - 190000 (yüz doxsan min) ABŞ dolları məbləğində xarici valyuta və 132207,52 manat dəyərində ümumi çəkisi 2 kq 279,44 qram təşkil edən 5 ədəd qızıl külçələrini qaçaqmalçılıq yolu ilə Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli və bəyan etməməklə keçirərək Heydər Əliyev Beynəlxalq Hava Limanından təyyarə ilə Azərbaycandan Türkiyəyə aparmaq istəyən Azərbaycan vətəndaşları - Elvin Yusubov, Rəşad Nəsibov və onlarla əlbir olan gömrük əməkdaşı Kamran Əhmədov saxlanılaraq cinayət məsuliyyətinə cəlb ediliblər.

Mənbə: Oxu.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *