Azərbaycandan xaricə 860 min dollar keçirilməsinin qarşısı alınıb » AzNews.info -Xəbər portalı

Bölmə: Kriminal

Azərbaycandan xaricə 860 min dollar keçirilməsinin qarşısı alınıb – FOTO

Azərbaycandan xaricə 860 min dollar keçirilməsinin qarşısı alınıb

DGK məlumat yaydı.

2015-ci il ərzində Azərbaycanın gömrük orqanları tərəfindən əməliyyat-axtarış fəaliyyətinin və gömrük nəzarətinin gücləndirilməsi istiqamətində həyata keçirilmiş kompleks tədbirlər nəticəsində 9206 hüquqpozma faktı aşkar edilib.

Dövlət Gömrük Komitəsi (DGK) Mətbuat Xidmətindən Oxu.Az-a verilən məlumata görə, bu faktlardan 574-ü cinayət xarakterli faktlar olub və həmin faktlar üzrə tutulmuş qaçaqmalçılıq əşyalarının və digər cinayət predmetlərinin dəyəri 2 mln. 163 min 100 manatdan çox təşkil edib.

Bu əməllərin törədilməsində şübhəli bilinən 633 nəfərin (553 Azərbaycan vətəndaşı, 80 xarici) barəsində müvafiq tədbirlər görülüb.

Gömrük sərhədindən narkotiklərin qanunsuz keçirilməsinin qarşısını almaq məqsədilə gömrük orqanları tərəfindən (o cümlədən digər hüquq-mühafizə orqanları ilə birlikdə) görülmüş qətiyyətli tədbirlər nəticəsində 2015-ci il ərzində narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi ilə əlaqədar 213 fakt aşkar olunub.

Bu faktlar üzrə ümumilikdə 91 kiloqramdan (kq) çox narkotik vasitə, psixotrop maddə və onların prekursorları, o cümlədən 5,552 kq tiryək, 42,250 kq marixuana, 29,574 kq həşiş, 12,248 kq qram heroin, 331 qram metadon, 57,185 qram kokain, 103,706 qram metamfetamin, 200 həb tilidin, 60 həb və 1,935 qram alprazolam, 46 qram fenobarbital, 12,714 qram klonazepam, 1 kq 282 qram kalium permanqanat və digər maddələr qanunsuz dövriyyədən çıxarılıb.

2015-ci il ərzində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən 250 nəfər: 220-i kişi və 30-u qadın olmaqla 213 Azərbaycan vətəndaşı və 37 xarici (33 İran, 3 Ukrayna, 1 RF vətəndaşı) barəsində müvafiq tədbirlər görülüb, 30 halda bu əməlləri törədən cinayətkar dəstə ifşa edilib.

Narkotiklərin qanunsuz keçirilməsi məqsədilə narkoqaçaqmalçılar müxtəlif gizlətmə üsullarından istifadə ediblər. 2015-ci il ərzində 69 halda narkotik vasitələrin daxili bədən boşluqlarında (mədədə, düz bağırsaqda və s.) keçirilməsinə cəhdin qarşısı alınıb. Hesabat dövründə kinoloji xidməti itlərin tətbiqi nəticəsində 19 fakt üzrə ümumilikdə 210,927 qram tiryək, 51,98 qram həşiş, 737,37 qram marixuana, 1,850 kq heroin, 1,553 qram metadon, 0,405 qram metamfetamin, 46 qram fenobarbital aşkar olunub.

2015-ci il ərzində Azərbaycan gömrük orqanları tərəfindən aşkar olunmuş 8632 gömrük qaydaları əleyhinə inzibati xəta faktları üzrə 349 hüquqi şəxs (o cümlədən 211 xarici hüquqi şəxs) və 8291 fiziki şəxs (o cümlədən 4669 xarici) inzibati məsuliyyətə cəlb edilib, göstərilən şəxslərə qarşı 1 mln. 615 min 172 manat cərimə tətbiq olunmaqla, dəyəri 367 min 48 manat olan mallar müsadirə edilib.

“Valyuta tənzimi haqqında” Qanuna və digər qanunvericilik aktlarına əsasən gömrük orqanları valyuta və valyuta sərvətlərinin Azərbaycanın gömrük sərhədindən keçirilməsi üzərində nəzarəti həyata keçirərkən qanunvericiliyin tələblərini pozan şəxslərdən 863 min 412 ABŞ dolları, 59 min 700 avro, 4 000 funt sterlinq, 10 mln. 737 min 400 rus rublu, 129 min 907 manat dəyərində qızıl zinət əşyaları, 1 312 manat dəyərində 767,290 qram gümüş aşkar olunub.

Bundan əlavə 553 min 353 ədəd və 115 min 764 qutu petarda və digər pirotexnika məhsulları, 93 ədəd elektroşoker, 1 ədəd odlu silah, 63 ədəd odlu silah patronu, 1 827 ədəd ov silahlarının sursat və ləvazimatları, 4 ədəd qaz silahı, 99 ədəd pnevmatik silah və 42 min 551 ədəd pnevmatik silahın patronları, 257 ədəd soyuq silah, 63 min 565 qram patlayıcı maddələr, 897 ədəd televizor, 184 min 309 manat dəyərində 4 min 887 ədəd məişət texnikası, 1 130 ədəd mobil telefon və 1 702 ədəd mobil telefonların aksesuarları, 9 min 855 manat dəyərində olan dərman vasitələri, 3 min 173 manat dəyərində baytarlıq və bitki dərmanları, 42 kiloqramdan çox kürü, 1 246 ədəd parfümeriya və kosmetika ləvazimatları və külli miqdarda digər mallar tutulub.

Hesabat dövründə gömrük orqanları tərəfindən alkoqollu içkilərin, etil (yeyinti) spirtinin və tütün məmulatlarının idxalı zamanı vergidən yayınma və aksiz markalarının tətbiqi qaydalarının pozulması hallarının qarşısının alınması üçün qəti tədbirlər görülüb, aksiz markasız və ya digər qanunsuz yollarla ölkəyə gətirilməsinə cəhd göstərilən 2 mln. 311 min 95 ədəd xaricdə istehsal olunan siqaret, 2 332 litr və 1 695 ədəd spirtli içki saxlanılıb.


Azərbaycandan xaricə 860 min dollar keçirilməsinin qarşısı alınıb
Azərbaycandan xaricə 860 min dollar keçirilməsinin qarşısı alınıb
Azərbaycandan xaricə 860 min dollar keçirilməsinin qarşısı alınıb
Azərbaycandan xaricə 860 min dollar keçirilməsinin qarşısı alınıb
Azərbaycandan xaricə 860 min dollar keçirilməsinin qarşısı alınıb
Azərbaycandan xaricə 860 min dollar keçirilməsinin qarşısı alınıb
Azərbaycandan xaricə 860 min dollar keçirilməsinin qarşısı alınıb
Azərbaycandan xaricə 860 min dollar keçirilməsinin qarşısı alınıb
Azərbaycandan xaricə 860 min dollar keçirilməsinin qarşısı alınıb
Azərbaycandan xaricə 860 min dollar keçirilməsinin qarşısı alınıb

Mənbə: Oxu.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *