Özəl klinikanın sahibinin amansız qətli kameraya düşdü – VİDEO
Moskvanın qərbində iki naməlum şəxs özəl klinikanın sahibini amansızcasına döyərək öldürüblər.
Oxu.Az-ın xəbərinə görə, hadisənin görüntülərini Life nəşri dərc edib.
Bildirilir ki, insident fevralın 5-də Kiçik Filyovskaya küçəsində baş verib.
Başından ağır zədələr alan 58 yaşlı Andrey İstomini yerli sakinlər aşkarlayıblar. Zərərçəkən xəstəxanaya çatmamış yolda dünyasını dəyişib.
Rusiya İstintaq Komitəsində faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.
Mənbə:> Oxu.Az