Sürücünü öldürüb avtomobilini qaçıran şəxs Gürcüstana gedərkən tutulub » AzNews.info -Xəbər portalı

Bölmə: Kriminal

Sürücünü öldürüb avtomobilini qaçıran şəxs Gürcüstana gedərkən tutulub

Sürücünü öldürüb avtomobilini qaçıran şəxs Gürcüstana gedərkən tutulub


Bir neçə gün öncə Şəmkirdə sürücünü öldürüb avtomobilini qaçıran şəxs ölkəni tərk etmək istəyərkən saxlanılıb.

AzNews.info xəbər verir ki, Şəmkir rayon Polis şöbəsindən Report-a verilən məlumata görə, yanvarın 17-də Şəmkir rayonunun Seyfəli kəndi ərazisində Gəncə şəhər sakini, 1958-ci il təvəllüdlü sürücü Babayev Namiq Əli oğlunu bıçaqlayaraq ona məxsus avtomobili qaçıran Şəmkir rayon Seyfəli kənd sakini, 1996-cı il təvəllüdlü Eşqin Murtuzov Gürcüstana keçmək istəyərkən “Sınıq Körpü” Gömrük Məntəqəsində saxlanılıb.

E.Murtuzovun bıçaqladığı şəxs 2 gün əvvəl yerləşdirildiyi xəstəxanada ölüb.

Qaçırılan “VAZ-2107” markalı avtomobil Şəmkir rayon Seyfəli kənd sakini, maşın ustası Kamal Kərimovda aşkarlanıb. Polisə ifadə verən K.Kərimov isə avtomobili həmkəndlisi Eşqin Murtuzovan aldığını bildirib.

Faktla bağlı Şəmkir Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi açılıb, araşdırma davam etdirilir.

Mənbə: Report
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *