“Lambada” mahnısının ifaçısını öldürməkdə şübhəli bilinən şəxs saxlanılıb
Braziliyada “Lambada” mahnısının ifaçısı Loalva Brazı öldürməkdə şübhəli bilinən şəxs saxlanılıb.
Bu barədə AzNews.info Report-a istinadən xəbər verir.
Saxlanılan şəxs cinayəti iki əlbir olduğu adamla törətdiyini, cinayətin motivinin isə intiqam olduğunu bildirib. Məlum olub ki, şübhəli şəxs müğənniyə məxsus olan hoteldə çalışıb, amma sonradan işdən qovulub.
Polis cinayətkarların müğənnini öldürmək istəmədiyini, amma qadın ifaçının ciddi müqavimət göstərdiyini hesab edir. Hücum edən şəxslər L.Brazdan 4,5 min dollar və “Lambada”nın ifasına görə qazandığı “qızıl disk”i alıb.
Xatırladaq ki, ötən əsrin 90-cı illərində bu hit dünyanın əksər ölkələrində hit-paradlarda birinci pillədə yer alıb.
Mənbə:> Report