Çarşaba sarılı 61 meyit tapıldı
Müntəzəm olaraq insanların qətlə yetirildiyi Meksikada daha bir dəhşət yaşanıb. ANS PRESS-in məlumatına görə, dəhşətli mənzərə Guerrero vilayətinin Akapulko şəhərində aşkarlanıb.
Adıçəkilən şəhərdəki krematoriumda (ölülər yandırlan yerdə) 61 cəsəd tapılıb. Cəsədlər çarşablara sarınmış vəziyyətdə olublar.
Maraqlısı odur ki, ölülərin yandırılmasında istifadə edilən məkan ötən il fəaliyyətini dayandırıb.
Şəhər rəsmiləri ətrafda yaşayan əhalinin polisə müraciət edərək şəhərdən pis gəldiyini dediklərini bildiriblər. Qoxunun mənbəyini araşdırmaq üçün gələnlər cəsədlərlə qarşılaşıblar.
Cəsədlərin üzəri sönməmiş əhənglə örtülü olub.
Qeyd edək ki, Guerrero vilayətində sentyabr ayında 43 tələbə yoxa çıxmışdı.
İndi polis yerli cinayətkar dəstələrin bu hadisə ilə bağlı olub-olmadıqlarını araşdırır.
Mənbə:> ANSPRESS