Ölkədən 800 min dollar çıxartmaq istədilər
Tovuz Gömrük İdarəsinə daxil olmuş əməliyyat məlumatına əsasən, Azərbaycandan Gürcüstana gedən Azərbaycan Respublikası vətəndaşı Muxtarov Qadir Maarif oğlunun idarə etdiyi “Mercedes E Class” markalı, 09 BM 808 dövlət nömrə nişanlı avtomobilə idarənin “Sınıq Körpü” gömrük postunda gömrük baxışı keçirilib.
Bu barədə Dövlət Gömrük Komitəsindən Oxu.Az-a bildirilib.
Yoxlama zamanı nəqliyyat vasitəsinin gizli saxlanc yerlərindən əvvəlcədən gömrük orqanına bəyan edilməyən, gömrük nəzarətindən gizlədilən 800 min dollar aşkar edilərək götürülüb.
Faktla bağlı araşdırma aparılır.
Mənbə:> Oxu.Az