Azərbaycanda faciə: arvadını, qaynatasını, qaynanasını güllələdi - İNTİHAR ETDİ » AzNews.info -Xəbər portalı

Bölmə: Kriminal

Azərbaycanda faciə: arvadını, qaynatasını, qaynanasını güllələdi - İNTİHAR ETDİ

Azərbaycanda faciə: arvadını, qaynatasını, qaynanasını güllələdi - İNTİHAR ETDİ


Ağcabədidə kişi arvadı, qayınanası və qayınatasını qətlə yetirərək, intihar edib.

AzNews.info xəbər verir ki, Ağcabədidə Xocavənd sakini Quliyev Ələsgər Əşrəf oğlu ailə münaqişəsi zəminində ov tüfəngi ilə arvadı Ayfan Səfərova, qaynanası Nazilə Səfərova və qayınatası Ənvər Səfərovu güllələyərək qətlə yetirib. Hadisə Quliyev Ələsgər Əşrəf oğlunun qayınatasının evində baş verib. Quliyev Ələsgər Əşrəf oğlu hadisəni törətdikdən sonra qəbiristanlıq yaxınlığında intihar edib.

Qətlə yetirilən Səfərov Ənvər, Səfərova Nazilə və Səfərova Ayfan Ağdam rayonu Mərzili kənd sakinləridir, Ağcabədi rayon ərazisində məskunlasıblar. Quliyev Ələsgər Əşrəf oğlu isə Beyləqanda məskunlaşmış Xocavənd sakinidir.

Şahidlərin sözlərinə görə, hadisəni törədən şəxs ərazidən qaçmağa çalışıb, lakin, ərazinin Ağcabədi Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən mühasirəyə alındığını görərək, özünə atəş açaraq intihar edib.

Mənbə: APA
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *