Qazaxda qətlə yetirilən qadının kimliyi məlum olub » AzNews.info -Xəbər portalı

Bölmə: Kriminal

Qazaxda qətlə yetirilən qadının kimliyi məlum olub

Qazaxda qətlə yetirilən qadının kimliyi məlum olub


Bir neçə gün əvvəl Qazax rayonunda tapılmış naməlum qadın meyitinin şəxsiyyəti müəyyənləşib.

AzNews.info Report-a istinadən xəbər verir ki, meyit Gürcüstan vətəndaşı, 1997-ci il təvəllüdlü Elmira Tanrıverdiyevaya məxsusdur.

Qadının qətlində Qazax rayonunun Qarapapaq kənd sakini, 1987-ci il təvəllüdlü Eldəniz Babayev şübhəli bilinir.

Qeyd edək ki, Daxili İşlər Nazirliyinin (DİN) yaydığı rəsmi məlumata görə, iyunun 19-da səhər saatlarında Ağstafa çayının Qazax rayonunun Xanlıqlar kəndinin ərazisindən keçən hissəsində üzərində kəsilmiş-deşilmiş xəsarətlər olan 25-30 yaşlarında naməlum qadın meyiti aşkar edilib. Məlumatda həmçinin meyitin göbək nahiyəsində cərrahiyyə əməliyyatının izləri olduğu qeyd edilib.

Mənbə: Report
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *