“Elit star” Cəmilə qəzaya düşdü » AzNews.info -Xəbər portalı

Bölmə: Kriminal, Maqazin

“Elit star” Cəmilə qəzaya düşdü

“Elit star” Cəmilə qəzaya düşdü


İrandan qayıdan müğənni Cəmilə idarə etdiyi “Hundai” markalı avtomobillə Bakı istiqamətində hərəkətdə olarkən idarəetməni itirərək maşını aşıb.

AzNews.info-nun Report-a istinadən məlumatına görə, yol qəzası bu gün axşam saatlarında Ələt-Astara magistral yolunun Qardili kəndi ərazisindən keçən hissəsində baş verib.

Hadisə nəticəsində müğənni xəsarət almasa da, avtomobildə olan sərnişin, Bakı şəhər Yasamal rayon sakini, 65 yaşlı Mahirə Əlisa qızı Abışova müxtəlif dərəcəli bədən xəsarətləri
alıb.

Yaralı Salyan Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb və həkimlər tərəfindən ilk tibbi yardım göstərildikdən sonra ambulator müalicəyə göndərilib.

Faktla bağlı araşdırma aparılır.

Mənbə: Report
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *