Polşalı baykerlər Şəkidə qəzaya düşdülər
Polşalı baykerlər qəzaya düşüb.
AzNews.info xəbər verir ki, APA-nın Şəki-Zaqatala bürosunun məlumatına görə, hadisə bu gün 11:30 radələrində Qaraməryəm-İsmayıllı-Şəki magistral yolunun Şəki rayon Qırxbulaq kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
Bakı şəhər sakini, 1957-ci il təvəllüdlü Hicran Ələkbər qızı Qarabəyli idarə etdiyi “Prado” markalı 90-UF-696 dövlət nömrəli nişanlı avtomobillə hərəkətdə olarkən idarəetməni itirərək həmin yolla hərəkət edən baykerləri vurub.
Qəza nəticəsində H. Qarabəyli, baykerlər - Polşa Respublikasının vətəndaşları 1976-cı il təvəllüdlü Eyva Petrovski və 1964-cü il təvəllüdlü Pyotr Muravski müxtəlif dərəcəli xəsarətlər alıblar. Onlar Şəki rayon Mərkəzi Xəstəxanasına aparılıblar.
Şəki rayon Mərkəzi Xəstəxanasından APA-ya verilən məlumata görə, H. Qarabəylinin vəziyyəti yüngül olduğundan ambulator müalicəyə buraxılıb. Polşa Respublikası vətəndaşları E. Petrovski döş fəqərəsinin sınığı diaqnozu ilə xəstəxananın reanimasiya şöbəsinə, P. Muravski isə sağ biləyinin sınığı ilə cərrahiyyə şöbəsinə yerləşdiriliblər.
Faktla bağlı DİN-in Baş Dövlət Yol İdarəsinin İstintaq və Təhqiqat bölməsində araşdırma aparılır.
Mənbə:> APA