Azərbaycanda biznesmen öldürüldü
Xaçmaz rayonunda qətl hadisəsi baş verib.
AzNews.info APA-ya istinadən xəbər verir ki, Xaçmaz şəhər Mirzə Fətəli Axundov küçəsində yaşayan 1963-cü il təvəllüdlü Məmmədov İlqar Rüstəm oğlu yaşadığı evdə qətlə yetirilib.
Hazırda hadisə yerində hüquq-mühafizə orqanlarının əməkdaşları çalışır.
İ.Məmmədov ticarət mallarının topdansatışı ilə məşğul olub.
Faktla bağlı Xaçmaz rayon Prokurorluğunda araşdırmalar davam etdirilir.
Mənbə:> APA